beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən təsirli qaş qalınlaşdırma üsulları
Ən təsirli qaş qalınlaşdırma üsulları

Gözəlliyinizi təsir edən ən əhəmiyyətli nöqtələrdən biri qaş baxımıdır ,üz ifadənizdə ən böyük rolu oynayan qaşlarınız üçün daha təsir edici və cazibədar bir görünüş istəyirsinizsə son illərin modası halına gələn qalın qaşları seçim edə bilərsiniz. Əvvəlcə niyə qalın qaşlar sualına toxunaq ,qalın qaşlar qadınlarda daha təbii və gənc havası yaradır, bir çox gözəllik mütəxəssisi bu mövzuda həm fikir ,qalın qaşlar daha cazibədar bir görünüş üçün şərt.

Ancaq çoxu qadının seçimi incə və sanki yay kimi qaşlardan yana ,bəzən də gücsüz qaşlara sahib olduqları üçün incə qaş modellərinə yönələ bilirlər. Əgər qaşlarınız seyrək və gücsüz isə kədərlənməyin, sizlər üçün hazırladığımız yazımızda ən təsirli qaş qalınlaşdırma üsullarını tətbiq edərək daha güclü və təsir edici baxışlara sahib ola biləcəksiniz.

Qaşlarınızı qalınlaşdırmaq üçün sizlərə bir çox bitki mənşəli qarışıqdan bəhs edəcəyik, olduqca təsirli olan bu bitki mənşəli qaş qalınlaşdırıcıları nizamlı və səbirlə istifadə etməlisiniz. Təbii bu qarışıqları istifadə etmədən əvvəl sizində mütləq diqqət etməniz lazım olan bəzi nöqtələr var,bunlardan ilki mütləq gündə ən az 6-7 stəkan su içməlisiniz , bədənin ehtiyac hiss etdiyi gündəlik su qəbulunun bir çox fərqli faydasıda var ,qaşların daha güclü və sağlam olması baxımından son dərəcə əhəmiyyətli bir mövzudur.

Qaşlarınızın daha qalın və gur çıxmasını istəyirsinizsə əvvəlcə lepiçka ya da maqqaşdan uzaq dayanmalısınız , ayrıca qidalanma vərdişiniz qaşlarınızın sağlamlığı baxımından əhəmiyyət təşkil edir,mümkün olduğu qədər lif ehtiva edən tərəvəz qəbul edin.

Təbii qaş qalınlaşdırma üçün təriflər:

Sarımsaq İlə Qaş Qalınlaşdırma Üsulu
Yazımızda sizlərə qaş qalınlaşdırma üçün bitki mənşəli tərif verəcəyimizi ifadə etmişdik , bu da sizə ən təsirli qaş qalınlaşdırıcı maska tərifi. Əvvəl 1 ya da 2 diş sarımsağı havanda yaxşıca əzin və içinə bir az zeytun yağı əlavə edin. Sonrasında hazırladığınız maskanı krem konsistensiyasına gələnə qədər qarışdırın və qaşlarınıza tətbiq edin. Qarışığı çəkdikdən sonra təxminən yarım saat sonra sabunla qaşlarınızı yuyun. Həftədə bir dəfə bu sarımsaq qaş maskasını etsəniz qısa zamanda qaşlarınızın daha sağlam və gurlaşdığını fərq edəcəksiniz.


Tarix: 16.04.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 379 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri