Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmişə gənc qalmaq üçün nə edək

Botoks, fraksel və tibbin digər möcüzəli müdaxilələrin sayəsində "Qocalıq öz işini görür” ifadəsi artıq aktualığını itirib. FashionTime tərəfindən tərtib edilən siyahı Sizə 10 yaş gənc görünməkdə kömək edəcək.

Günəş şüalarından uzaq durun.
Hamımızın bildiyi kimi, günəş şüalarının atında uzunmüddətli qalmaq dərimizin kobud və qalın olması ilə nəticələnə bilər. Solyari də öz növbəsində konsentrallaşmmış ziyanlı UVA-şüaları saçır.

Bu şüalar təbii A şüalarndan fərqli olaraq dərindən təsir edərək dəriyə daha da çox zərər verirlər. Buna görə evdən çıxmadan öncə günəşə qarşı kosmetik vasitələrdən istifadə etməyi unutmayın.

Günəşə qarşı kremdən istifadə edin.
Dərinizin hamar, ləkəsiz olması üçün müdafiə dərəcəsi SPF 30 olan günəşə qarşı kremlərdən istifadə etmək məsləhətdir. Hal-hazırda ən effektiv filtrlər – tərkibində meksoril və qeliopleks maddələri olan filtrlər sayılır.

Bir xörək qaşığı ölçüsündə kremi üzünüzə (çənə və qulaq nahiyələrini unutmayın) və bir stəkan ölçüsü qədər kremi vücudunuza yeridin. Krem qatını kölgədə və tutqun hava şəraitində belə hər iki satdan bir yeniləməyiniz məsləhətdir.

Göz ətrafınıza qulluq edin.
Əvvəla, gözünüzü ovuşdurmayın. Hər dəfə bunu etdikdə nazik qan damarlarına zərər vurmaq riski ilə üzləşirrsiniz.

Yaşa dolduqca retinol, peptid və sink ilə zəngin olan yaşlanmayya qarşı kremlərdən istifadə edin.Bu kremlər qırışların sayını və dərinliyni aradanqaldırmaqda sizə kömək edəcəklər.

Boyun-boğaz nahiyəsinə də diqqət yetirin.
Dəriyə qaulluq çənə nahiyyəsi ilə kifayətlənməməlidir. Boyun-boğaz nahyyəsinin dəri üzdərindən belə dah zərif və nazikdir. Buna görə bədənin bu hissələrinə quluq edərkən kremdən bol-bol stifadə edin.

Kremi düzgün seçin.
Yaşa dolduqca dəri daha həssas və quru olur. Krem seçərkən hansı növ dəriyə aid olduğunu və üzərində "anti-age” işarəsinin olmsın diqqət yetirin.

Kosmetik vasitələrdən öz vaxtında istifadə edin.
Kosmetik vasitələrin faydasın görmək üçün onlardan zamanında istifadə etmək önəmlidir. Tərkibində antioksidant olan kremlərdən səhər, dəri hüceyrələrini bərpa etmək üçün eksfoliant (xüsusilə qlikol turşusu), kolaqen, retinoidli kremlərdən isə gecə istifadə etmək gərəkdir.

Qırışların qarşısını alın.
Güzgüdə ilk qırışlrı görən kimi onlara qarşı mübarizə aparmağa başlayın. Bunun üçün peptid tərkibli vasitələr köməyinizə çatacaq.

Siqaretdən imtina edin.
Nikotin dərinin kolaqen, elastan liflərini məhv edərək, göz altında qara kölgənin və tuluğun yaranmasna səbəb olur. Amerikada plastik cərrahiyyə təşkilatının apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, hər 10 il siqaret çəkmə insanın 2,5 yaş qocalmasına gətirib çıxarır.

Spirtli içkilərə "YOX” deyin
Spirtli içkilər qana təsir edərək dərinin boşalmasına səbəb olur və yeni qırışların əmələ gəlmə prosesini sürətləndirir.

İdmanla məşğul olun.
Fitnes və idmanla məşğul olaan zaman dərinin qan dövranı yaxşılaşır. Məhz buna görə idman məşqlərindən sonraa dəri daha sağlam və təravətli görünür. Lakin məqşlərdən sonra yuyunmağınız vacibdir.

Stresdən uzaq olun.
Hər dəfə stres keçirəndə qanınızda kortizol maddəsinin miqdarı qalxır və bu da dərinin yaşlanmasına gətirib çıxarır. Streslə mübarizə aparmağın yolunu tapın və dərinizin necə hamar və təravətli qalmasının şahidi olun.


Tarix: 17.06.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...