beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızların acı taleyi

Bəlkə də kim isə bu məqaləni oxuduqdan sonra, öz uşaqlarının taleyini uzun-uzadı düşünəcək, kim isə nə vaxtsa səhfə yol vermədiyi üçün sevinəcək. Lakin bəzən valideynlər səhv qərarlar qəbul edirlər, nə elədiklərini belə bəzən başa düşmürlər. Və bununla da öz azyaşlı qızlarını zorla öz əlləri ilə bədbəxt edirlər. Amma əfsuslar olsun ki, bu səhvlərini çox gec başa düşürlər. Bu səhvlərdən biri də azyaşlı qızların məcburi nigahıdır.

Qeyd edim ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, azyaşlı qızları nigaha cəlb etmək cinayətdir. Hal-hazırda qanunvericiliyə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda ancaq 16 yaşlı qızların nigahı qanuni hesab olunur. 16 yaşdan aşağı olanların nigahı isə cinayət hesab edilir. Çünki bu cür nigahlar qanunlara ziddir.
Hal-hazırda bu problemin həlli yolları çox olsa da, çözülməz qalır. Bu gün ölkənin əksər rayonlarında, xüsusilə də cənub bölgəsində azyaşlı qızların ailə həyatı qurması çox normal bir haldır. Bu səbəbdən də, biz dəqiq statistikaya yiyələnə bilmirik. Lakin ötən ilin ikinci yarım illiyində yeni qanuna əsasən, artıq 16 yaşı tamam olmayan qızlara ailə həyatı qurmaq qadağan olunur. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova belə deyir.
Onu da qeyd edək ki, bu cür nigahlar heç də möhkəm hesab edilmir. Çoxları bir müddətdən sonra boşanırlar. Səbəb isə aydındır: müəyyən vaxt keçəndən sonra cütlüklər arasında anlaşılmazlıqlar yaranır və yaxud qızın hələ ailə üçün tam formalaşmadığını görən oğlan qızdan imtina edir. Bu səbəbdən də, boşanmaların sayı ölkədə gündən-günə çoxalmağa doğru gedir.
“Bu vəziyyətdə qızların psixoloji durumunda da, problemlər yaranır. Onlar evləndikdən sonra məişət problemlərinə gücləri çatmadıqda əsəbləşirlər. Özlərini gücsüz və zəif hiss edirlər. Onlar özlərini ailədə həyat yoldaşlarından asılı hiss edirlər. Onların haqqları tapdalansa da, sakit qalıb göz yumurlar. Çünki onlar üçün başqa çıxış yolu yoxdur. Hər halda onlar bu cür düşünürlər”, - psixoloq Sevinc Allahyarova dedi.
Bu gün bəzi valideynlər, eyni zamanda da öz istəyi ilə ailə quran bəzi azyaşlı qızlar başa düşmürlər ki, onlar bu halda öz istədiklərindən məhrum olurlar... təhsildən, karyera həyatından, xəyallarından və s. Bir çoxu boşandıqdan sonra bu həyatı qurmaq istəsələr də alınmır. Çünki özünü bu həyatda yenidən tapmaq, inkişafa doğru getmək çətindir.
Mənim fikrimcə, valideynlər nə olursa olsun, öz övladlarını uşaqlıq illərindən məhrum etməməlidirlər. İzin verin ki, onlar öz illərini yaşasınlar, öz seçimlərini özləri etsinlər. Çünki bu sağlam gələcəyə doğru atılmış ən həlledici addımdır. Bu addımı xoşbəxt gələcəkdən əsirgəməmək ümidi ilə..


Tarix: 12.06.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri