Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ah bu qadınlar

Qadın - Namiq?
Kişi- Eşidirəm.
Qadın- . . .... . . . . . . . . .
Kişi- Eşidirəm!
Qadın- Tələsirsənsə deməyim.
Kişi- Tələsmirəm, amma çıxacam, denən eşidirəm
Qadın- Eşidirəm, eşidirəm deyib üstümə gəlmə.
Kişi- Niyə üstünə gəlim. Nə isə deməyəcəkdin sən?
Qadın- Yox heç nə. Nə söyləyəcəm ki, sənə?
Kişi- Səhv anladım demək ki. Çıxıram mən o zaman.
Qadın- Çıx sən, çıx. Həmişə qaç!
Kişi- Yox qaçırmaram avtobusu bu gün. Bax hələ on beş dəqiqə var.
Qadın- Altında qalarsan inşallah!
Kişi- Nə?
Qadın- Bir şey söyləyəcəm demişdim. Amma məni dinləyəcək zamanın yoxdur
əlbəttə.
Kişi- Sən "nə söyləyəcəm ki," demədinmi?
Qadın- Get, e get!
Kişi- Ey allahım! Mən yenə səhv anladım onda. Söylə, eşidirəm.
Qadın- Deyim, o dəqiqə qaç eləmi? Vaxtını alıram. Dostların darıxarlar səninçün.
Kişi- Həyatım, hər gün görürlər məni. Niyə darıxsınlar?
Qadın- Darıxarlar. Onları həvəslə dinləyirsən çünki. Nədənsə işə gedərkən çox şən olursan. Nə gözləyirsə səni orada artıq...
Kişi- Bir yığın iş gözləyir. Nə gözləyəcək ki?
Qadın- Bilirəm o işləri. İki ayaqlı, boyalı, ətirli işlər.
Kişi- Yox artıq, daha nələr! Sənin sinirlərin pozulub yəqin.
Qadın- Bəli pozulub. Səhərdən bəri arxasından qaçırıq cənabın, bir şey deyəcəyik deyə.
Kişi- Eşidirəm deyirəm mən də səhərdən bəri.



Qadın- Problem də budur onsuz da. Söylə deyirsən söyləyirəm, sus deyirsən
susuram. Mənim söz haqqımmı var bu evdə?
Kişi- Gözəlim niyə olmasın! Mən sənə nə vaxt sus dedim ki?
Qadın- Bir də desəydin. Danışmağa da haqqım olmasın. Bu televiziya məndən qiymətlidir bu evdə.
Kişi- Yox artıq o qədər də deyil, yaxşıca böyütdün. Sənin əhvalın yoxdur, anladım.
Qadın- Nə? O qədər də deyilmi?
Kişi- Deyil təbii ki.
Qadın- Yəni ona yaxın. Anladım. Vəkilə gedirəm.
Kişi- Nə? -
Qadın-Vəkilə gedirəm. Bu iş bitər. Ühhüüüüüüüü! ! . . . .
Kişi- Yaxşı danışaq. İşə gitmirəm onda.
Qadın- Nə edirsən et. Mən gedirəm.
Kişi- Hara?
Qadın- Ühhhüüüüüü! . . . . Narahat olma sən mənim üçün.
Kişi- Kimin üçün narahat olum, arvadım deyilsənmi?
Qadın- Olmaz olaydım.
Kişi- Di yaxşı görək!
Qadın- Burax qolumu, buraaax! Vəhşi...
Kişi- . . . . . . . . . . . . . . . . . . . !
Qadın- Güləcək bir şey görmürəm mən burda. Evliliyimiz yox olur.
Kişi- . . . . . . . . . . . . . . . . . . . !
Qadın- Dişini ağartma! And içirəm. Vəkilə zəng edəcəm.
Kişi- İstəsən zəng et, amma. . . . .
Qadın- Yaxşı, dərhal yığıram.



Kişi- "Tarqovı"dan gedək.
Qadın- Sənin gəlməyinə ehtiyac yoxdur. Mən taksiylə gedərəm.
Kişi- Mən də gəlim. Həm bu mağazadakı uzun dəri pencəyə də baxarıq.
Qadın- Hııı? ! ! Sən haradan bilirsən o pencəyi?
Kişi- Telefonun qeyd dəftərindən oxudum, bu gün mənə söyləmək üçün qeyd etmisən. Onda gördüm. İndi ağılıma gəldi.
Qadın- Hmm. . bəli.
Kişi- Mən də axtarıb sifariş etdim.
Qadın- İnanmıram.
Kişi- Gedərkən götürərik.
Qadın- Hara?
Kişi- Vəkilin yanına.
Qadın- Həə. . . əlbəttə.
Kişi- Ya da istəsən bu gün getməyək vəkilə. Birbaşa pencəyi almağa gedək.
Qadın- Aaaa. . . eeeeee. . . . olar.
Kişi- Həyatım?
Qadın- Canım?
Kişi- Sən mənə nə deyəcəkdin?
Qadın- Boş veeeerrrr...


Tarix: 18.05.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...