beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevginizi aldatmalardan xilas edəcək söhbət

Münasibətlərdə sədaqətsizlik təkcə sənin və ya sevgilinin digər insanla intimlə məşğul olması və ya öpüşməsi demək deyil. Sədaqətsiz kişilərin çoxu məşuqələriylə həm də ailə problemlərini müzakirə edirlər.
Mütəxəssislərin fikrincə, ailə dolandırmalı olan kişilər ailənin gözündə həmişə güclü olmaq təzyiqi altında yaşayırlar, problemlərini xanımlarıyla paylaşmağı istəməyə bilərlər. Çünki qorxurlar ki, öz problemlərini açıb-tökdükdən sonra, onun sevdiyi xanım artıq onun zəif birisi olduğunu düşünəcək.
Əgər ərin və ya sevgilin sənin ona sərt reaksiya verəcəyini düşünürsə, öz problemlərini danışa biləcək başqa insan axtarmağa çalışacaq. Onun səninlə açıq damşmasını istəyirsənsə, ilk addımı sən at. Özün haqqında hansısa şəxsi məlumatı onunla paylaş. Yadına sal ki, nə olursa-olsun, onun problemləri haqqında eşitmək, onu sənə daha yaxın edəcək.


Tarix: 12.06.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri