Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınları kişilərin təcavüzündən xilas etməyin qəribə yolu

Dünyada təcavüz olaylarının geniş yayıldığı ölkələrdən olan Cənubi Afrika Respublikasında futbol üzrə dünya çempionatının keçirilməsi həkimlərin orijinal bir kəşfi sınaqdan keçirməyə həvəsləndirib.





Məlumata görə, futbolsevər qadınların axışdığı Cənubi Afrika Respublikasında təcavüzkar kişilərin qarşısını almaq üçün dişli qadın qoruyucu vasitəsi yaradılıb.




Cənubi Afrikada yaşayan professor Sonnet Ehlers tərəfindən yaradılan və "Rape-aXe" adı verilən qadın qoruyucu vasitələrinin üzərində kiçik dişciklər var. Bu dişciklər qadınlara cinsi təcavüz zamanı kişinin cinsi orqanına sancılır. Bu dişcikli qoruyucu vasitələrdən istifadə qadınlar üçün heç bir problem yaratmır, ancaq kişilərin həyatını cəhənnəmə döndərir.





Qoruyucu vasitədəki dişciklər birinci dəfə kişinin cinsi orqanına sancıldıqda təcavüzkar o an ağrıdan geri çəkilsə belə, dişcikli qoruyucu vasitəni cinsi orqanından çıxarıb ata bilmir. Kişi cinsi orqanına dişciklərlə sancılmış qoruyucu vasitəni çıxarmağa çalışdıqca dişciklər cinsi orqana daha çox sancılır. Bu qoruyucu vasitə kişi orqanından ancaq cərrahi yolla çıxarıla bilər. Beləliklə, təcavüzkar dolayısı ilə xəstəxanaya getməyə və yaxasını ələ verməyə məcbur olur.





Hələlik Cənubi Afrika Respublikasında ölkəyə gəlmiş qadın turistlərə sınaq məqsədi ilə 30 min qoruyucu vasitə verilib. Sınaqdan sonra bu qoruyucu vasitələrin hər biri 2 dollardan satılacaq. Belə qoruyucu vasitələrdən şübhəli görüşlərə gedən qadınlar da istifadə də bilərlər.


Tarix: 26.05.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...