beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabaşaq unundan maskalar

Bir çoxumuz bilirik ki, qarabaşaq yarmasının sıyığı necə xeyirlidi. Lakin qarabaşağın kosmetalogiyada tez-tez istifadə olunmasını çox az adam bilir. Onun yarmasından skrab kimi istifadə edirlər. Digər komponentlərlə birləşdirildikdə ondan saç üçün maskalar da hazırlanır. Əsas məhsul olaraq bu maskalarda qarabaşaq unundan istifadə olunur.

Quru dərilər üçün.

— 1 xörək qaşığı qarabaşaq ununu 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın, qoyun un yağı özünə tamamilə çəksin. Üzünüzə çəkdikdən sonra 20 dəqiqə gözləyin və ilıq su ilə yuyun.

Quru və həssas dərilər üçün.

— 1 xörək qaşığı qarabaşaq unu, 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı təbii yağlı kefir və bir miqdar su. Ocaq üstündə qaynayana qədər hamısını qarışdırırıq. Daha sonra soyumağa buraxırıq, soyuduqdan sonra üzə çəkir və 15 dəqiqə gözləyirik. Daha sonra ilıq su ilə yuyulur.

— 1 çay bardağı südlə yarım çay bardağı qarabaşaq ununu ocaqda qaynadırıq, ona bir qaşıq bal əlavə edirik. 20 dəqiqə qarışdıraraq ocaqda saxlayırıq. Daha sonra onu soyumağa buraxırıq.Soyuduqdan sonra maskanı çəkir və 30 dəqiqə saxlayırıq. Sonda soyuq su ilə yuyuruq.

Saç üçün qidalandırıcı maskalar.

— 4 xörək qaşığı ilıq süd, 1 xörək qaşığı limon suyu, 3 xörək qaşığı qarabaşaq unu. Hamısını qarışdırın, azacıq darçın da əlavə etmək olar. (Darçın saçların tez uzamasına kömək edir) 20 dəqiqə kənarda saxlayın, daha sonra saçlarınıza çəkin, xüsusilə saçların diblərinə. 30 dəqiqə saxlayın və ilıq su ilə yuyun(şampunla).

— 3 xörək qaşığı qarabaşaq unu, yarım çay bardağı ilıq süd və 1 yumurtanı qarışdırın. Maskanı saçlarınıza çəkin və 30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun.(Bu maska yanmış və qırılan saçlar üçündü)


Tarix: 24.11.2014 / 17:59 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri