beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar üçün məsləhətlər

Gözəlləşmək, gözəl qalmaq üçün mütləq estetik əməliyyat lazım deyil. Bir neçə məsləhət ilə dərimizi qoruya, ona baxa bilə və gözəlləşdirə bilərsiniz.


Duşda bədəninizi fırçalayın.



Duş əsnasında bədəninizi fırçalamaq, saçınızı şampunlamaq qədər vacib bir hala gəlsin. Selülitin qarşısını almaqda çox böyük köməyi vardır. Fırçalama ürəyə doğru olmalıdır. Aşağı doğru deyil yuxarı doğru fırçalamalısınız. Fırçanızın yumşaq uclu olmasına diqqət edin.



Banan ilə maska

Ev istehsalı bir möcüzəyə hazırsınızmı? Yumşaq bir bananı yaxşıca əzin və üzünüzə tətbiq edin. On dəqiqə gözlədin və ilıq suyla yuyun. Üzünüzün ipək kimi olduğunu hiss edəcəksiniz.


Dişləriniz bəmbəyaz olsun!

Heç güzgüyə baxdığınız zaman dişlərinizin saraldığını görmüsünüzmü? Vərdişlərinizə bir göz atın və dişlərinizin saralmasında ən böyük günahkarlardan birinin siz olduğunuzu qəbul edin. Qəhvə, çay və qırmızı şərab. Bunları qəbul etdiyiniz zaman dişlərinizi yaxşıca fırçalayın. Əlavə bir ağlıq istəyirsinizsə, dişlərinizi ən son karbonat ilə bir dəfə fırçalayın.


Günəş eynəklərimiz

Günəş gözlüyünü dəbə uyğun olduğu üçün istifadə etsəniz belə, düz edirsiniz. Çünki günəş şüalarından qorunmaq üçün gözlərimizi qırışdırdığımız zaman qaş aralarımızda və göz ətrafımızda qırışlar meydana gəlir. Amma eynək istifadə etsək, bu qırışlar olmaz. Qışda belə gözlüklərinizə laqeyd yanaşmayın.


Şaftalı və krem

Şaftalı püresi və krem qarışığı üzdəki çirk və yağ təbəqələrini aradan qaldırar. Yağlı dəriləri normala döndürər, qara nöqtələrin meydana gəlməsinə mane olar, məsamələri açar. Həftədə bir dəfə tətbiq edəcəyiniz bu maska xaricində üzünüzü gündə ən az iki dəfə yumağı unutmayın.


Dərhal təsir

Oyandınız və özünüzü çox çirkin hiss edirsiniz. Üzünüz solğundur və sızanaqlarınız çıxıb. Birdən ani bir telefon gəlir və bir an əvvəl hazırlanıb yoldaşınızla birlikdə bir iş yeməyinə çıxmanız lazım olduğu deyilir. Makiyaj etməzdən əvvəl bir az bal və limon suyunu qarışdıraraq üzünüzə çəkin. 10 dəqiqə gözlədikdən sonra yuyun. Gözlərinizə inana bilməyəcəksiniz!


Saçlar azad və gur

Kim saçlarının tez uzanmasını və gur olmağını istəməz ki? Bunun üçün saçlarınıza heç bir şey nizamlı bir yağ masajından daha yaxşı təsir etməz. Badam və saf zeytun yağını qarışdırıb saçlarınıza masaj edərək tətbiq edin. Sonra saçlarınızı bağlayın və 30 dəqiqə gözləyin. Nəticə sizi məmnun edəcək.


Su, hər yerdə su!

Həddindən artıq çox su içmək yaxşı deyil. Amma toksinlərin çölə atılması üçün su şərtdir. Ağla gələ biləcək hər orqanınızın köməyinə su çatar. Dərinizi və bədən hüceyrələrinizi canlandırmaq üçün su için.


Makiyajınızı təmizləyin.

Makiyajınızı hansı şərtlər altında olursa olsun, mütləq yatmazdan əvvəl təmizləyin. İstər yaş dəsmalla, istər bir parça pambıq və krem köməyiylə, istərsə də yuyaraq. Amma nə olursa, olsun makiyajınızla yatmayın!


Tarix: 24.11.2014 / 16:44 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri