beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təravətli dəri üçün asan maska

Dərimizin sağlam və elastik olmasını istəyiriksə, müntəzəm olaraq maskalardan istifadə etməliyik.
Yayda dəriyə əlavə nəm və qayğı lazımdır. Bunlar olmasa dəri solğunlaşıb elastikliyini itirəcək.
Bunun üçün sizə yayda rahatlıqla istifadə edə biləcəyiniz asan maska təqdim edirik.

Dərini nəmləndirmək üçün:

Qaymaq-2 x.qaşığı
Bal- 1 x.qaşığı
E vitamini- 1 ampul

Hazırlanması:

Qabın içinə E vitaminini,bal və qaymağı əlavə edərək eynicinsli kütlə alınanadək qarışdırırıq.Üzə çəkdikdən 20 dəqiqə sonra ilıq su ilə yumaq lazımdır.

Qeyd: Bala qarşı həssaslığı olanlar istifadə edərkən diqqətli olsunlar.


Tarix: 22.11.2014 / 16:02 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri