beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yamyaşıl bitkilərdən gözəllik əldə edin

Yaşıl bitkilərlə gələn gözəllik
Təbiət bizlərə kömək etmək üçün həmişə hazırdır. Siz nə axtardığınızı yetər ki bilin. Yaşıl rəngə bədənimizin gözəlliyini üçün sərmayə edə bilərsiniz. Bütün yaşıl bitkilərin qadın gözəlliyində inanılmaz bir faydası vardır.
İndiki vaxtda bir çox qadın da dəri baxımında təbii yolları istifadə etməyi seçir. Kosmetika sektoru bu qadınlara sonsuz gözəlliyi və gəncliyi vəd edərkən, təbiətdəki möcüzələrinə müraciət edir.Sizə bəzi yaşılları və faydalarını gətirdik.
Alma maskası: Sulu almanın bacarıqları içində qırışıqlıqları aradan qaldırmaq da var. Yaşıl bir almanı soyun ,qabıqsız qisimini təmiz dəriniz üzərinə qoyun. 10 dəq sonra soyuq su ilə üzünüzü yaxalayın. Almanın içində bitki mənşəli özlüyü olaraq olan pektin maddəsi, hüceyrəyə böyük miqdar nəm verər. Dərinin içəridən düzləşməsini və şişməsini təmin edər. Bu müalicəni istədiyiniz çoxluqda üzə tətbiq edə bilərsiz.
Yaşıl Çay: Gözlərə baxım etmək üçün istifadə edə bilərsiz. İçində bol miqdar E vitamini olan yaşıl çay,bir də dəri balzamıdır. E vitamini, hüceyrə quruluşunu korlayan sərbəst radikalları təsirsiz hala gətirər.
Bu da yaşlanma təsirlərinə qarşı dərini qoruyar. Yaşıl çayın içində təbii olaraq olan maddələr sayəsində, gözqapaqları şişginlikləri və gözyaşı torbaları enməsini təmin edər.
Yaşıl çay paketi 2 dənəsini, bir fincana ya da kiçik qaba qoyun. Üzərinə qaynar su tökün. 5 dəqiqə dəmləməyə buraxın. Sonra yüngülcə sıxın. Bu 2 paketi, 10 dəqiqə boyunca gözlərin üstündə gözlədin.
Cəfəri: Gözəlliyiniz üçün çox faydalıdır. Bu cəfərinin içində, olduqca yüksək A vitamini tapılır. A vitamini bədənin kimyəvi işlərini hərəkətə keçirər, dərinin hüceyrə yenilənməsi sürətlənər.Həmdə dərinin su tuta bilmə xüsusiyyətini gücləndirər. Nəticədə, düz və möhkəm bir dəriyə sahib olarsınız.
Həftədə 1 dəfə, yarım fincan cəfərini dograyın. İki yemək qaşığı pendir, 1 qaşıq kremlə qarışdırın. Bu qarışığı üzə sürün, 20 dəqiqə. gözlədin. İlıq suyla yuyun.
Kəklik: Kəkliyin içində olan uçucu yağlar, dezinfeksiya xüsusiyyətinə sahibdir. Sızanaqlara təsirlidir.Kəklikli buxar duşu etmək üçün, 2 qaşıq təzə ya da quru kəkliyi bir qaba qoyun. Üzərinə qaynayan su qoyun. Üzünüzü ləyənin üstünə tutaraq, böyük bir dəsmal ilə buxarın qaçması önləmək üçün, başınızın üstünü bağlayın. Gözlərinizi bağlayın, 10 dəqiqə belə qalın. Buxardan məsamələriniz açılacaq və bitkinin xüsusiyyətlərini dəriniz daha çox nüfuz edəcək.


Tarix: 28.06.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri