beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçların tez uzanmasının yolları

Bəzi insanların saçları çox gec uzanır. Bu zaman qadınların əl atmadıqları vasitə qalmır. Amma əslində qidalanma şəkli, müntəzəm baxım və saç kəsiminin də saçların uzanmasında böyük rolu vardır.

Saçlarınızın tez uzanması üçün zülalla zəngin qidalara üstünlük verməlisiniz. Ət, süd, yumurta kimi qidalar saçların uzanmasını asanlaşdırır. Bundan başqa, kofeindən də uzaq durmalısınız. Kofein saçların gücünü itirməsinə səbəb olur.

Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İlıq su ilə yuyulmuş saçlar daha sağlam olur, çünki ilıq su saç köklərinin hərəkətinə səbəb olur.

Saç diblərinə edəcəyiniz masaj da saçlarınızın uzanması üçün böyük önəm daşıyır. Bu masajla saç diblərini oyada bilərsiniz. Beləcə, saç kökləri canlanmış olar.

Çox su içmək orqanizmə faydalı olduğu kimi, saçlara da çox faydalıdır. Saçların surətlə uzanması üçün vaxtaşırı saç uclarındakı qırıqları kəsdirməlisiniz. Saç qırıqları saçların uzanmasını ləngidir.

Bir şeyi də unutmamalıyıq ki, şampunu saçların dibinə, saç kremlərini isə saçların uclarına çəkmək lazımdır.

Saçlarınızın bir az daha surətlə uzanmasını istəyirsinizsə, saç spreyləri və jeledən istifadə etməməlisiniz. Bu maddələr saç diblərinə çatanda saç köklərini tutur və uzanmasına mane olur.


Tarix: 24.11.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri