beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şokoladlı maska

Quru dərili xanımlar üçün şokoladlı maska

Tərkibi:

3-5 parça şokolad və ya 2-3 çay qaşığı qarışıqsız kakao tozu

1 çay qaşığı zeytun yağı

1 çay qaşığı xırdalanmış meyvələr (uşaq yeməklərindən də istifadə etmək olar)

Hazırlanması və tətbiqi:

Şokoladı isti su vannasında (yəni buxarda) əridin və yaxud da kakao tozunu
bir az qaynar su və ya süd ilə qarışdıraraq qatı sıyıq halına gətirin.
Şokolad kütləsini zeytun yağı ilə qarışdırdıqdan sonra üzərinə
zeytun yağı əlavə edin. Daha sonra meyvələrin qarışığını əlavə edib qarışdırın.
Maskanı üz dərisi üçün münasib və xoş olan tempratura qədər
soyudun, sonra isə maskanı üz, boyun və dekolte hissəsinin quru dərisinə çəkin.
Əgər meyvə qarışığı olaraq siz turş olmayan meyvələri seçmisinizsə (banan, avokado)
o zaman maskanı göz ətrafı dəriyə də tətbiq edə bilərsiniz.
Amma göz ətrafı dəriyə maska çəkməmişdən öncə həmin sahəyə
mütləq ya göz qapaqları üçün olan krem,
ya da zeytun yağı çəkin. Bu maska əl dərisi üçün də uyğundur.

20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.


Tarix: 26.06.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri