beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sızanaqlı dəri üçün maska

Sızanaq və dəri problemi olanlar bundan daha çox əziyyət çəkirlər. Bu problemi aradan qaldırmağın təbii yollarını açıqlayırıq.

Gil, badam yağı və mineral sudan ibarət olan maska ilə dərinizin gözəlləşməsinə hazır olun.

4 yemək qaşığı mineral su

2 yemək qaşığı gil

1 yemək qaşığı badam yağı

Su

Hazırlanması: 2 yemək qaşığı gili qaba əlavə edib üzərinə 1 yemək qaşığı badam yağı tökün. Onları qarışdıraraq 4 yemək qaşığı mineral suyu da əlavə edin. Sonra hamısını birlikdə yavaş-yavaş qarışdırın.

Hazırlanan maska sızanaqların üstünə çəkilir. Sonra bütün üzə çəkə bilərsiniz. Sadəcə göz ətrafına çəkməməyə diqqət edin. Dekolte və kürək nahiyələrinə də çəkə bilərsiniz. 25 dəqiqəyə qədər maskanın dəriyə yaxşı hopmasını gözləyin. Sonra ilıq su ilə yaxalayın. Gülü suyu, ya da mineral su ilə tonik tətbiq edə bilərsiniz. Bu maskanı isti havalarda həftədə 1 dəfə tətbiq etmək yetərlidir.


Tarix: 24.11.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri