beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlləri Cavanlaşdıran 4 Üsul

Günəşin zərərli şüalarından qorunmaq üçün dermatoloqlar gün ərzində mütləq günəş qoruyucu vasitələrdən istifadənin gərəkli olduğunu söyləyirlər.
Günəşin zərərli şüalarına xüsusilə də açıq qalan üz, əllər, qollar və ayaqlar məruz qalır. Bu zaman əllərin dərisi qalın, kobud, çatlamış, büzüşmüş vəziyyətdə olur. Amma yaşın göstəricisi sayılan əlləri cavanlaşdırmaq da mümkündür.
Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, dəri xəstəlikləri üzrə mütəxəssis Aişə Ferzan Aytuğ əllərdə yaranan problemləri aradan qaldırmaq üçün estetik müdaxiləyə ehtiyac duyula biləcəyini vurğulayır. Onun sözlərinə görə, əlləri cavanlaşdırmaqda mezoterapiya, lazer, kimyəvi pilinq və botoks üsullarından istifadə edilir.
Mezoterapiya: Xüsusi olaraq hazırlanmış dərmanlar uyğun dozada işarələnilmiş xüsusi nöqtələrə nazik iynələrin köməyilə tətbiq olunur. Ancaq damar genişlənməsi çox olan kəslərdə diqqətli istifadə etmək lazımdır. Başlanğıcda həftədə 2 seans olmaqla cəmi 6-8 seans, sonra il boyunca üç ayda bir təkrar seans həyata keçirilir. Beləcə, dəri parlaq bir görünüş əldə edir. Sonrakı dövrlərdə isə təsirinin davamlılığı üçün ildə bir dəfə yenidən müalicə tələb edir.
Lazer: Nd YAG lazer əl dərisinin yenilənməsində olduqca təsirlidir. İki həftədə bir dəfə cəmi beş seansla dəridə dolğunluq və ton açılması mümkün ola bilir.
Əl üzərindəki ləkələr əleyhinə istifadə edilən xüsusi lazer sistemləri də var. Bundan başqa KTP və Pulsed dye kimi lazer tipləri də ləkə çıxarmada təsirlidir. Lazer müalicələri günəş həssaslığı riski baxımından qış dövründə edilir. Yayda edilsə, yanıq və ləkələnmə ehtimalı ola bilər.
Kimyəvi pilinq: Kimyəvi pilinq müalicəsində meyvə turşuları və ya xüsusi turşulardan istifadə olunur. Günəş ləkələrində iki həftədə bir təxminən 6 seans tətbiq ilə müvəffəqiyyətli nəticə alınır.
Xüsusilə tünd dəri tiplərində az da olsa, ləkə və ya iz buraxma riskləri ola biləcəyindən, qış dövründə və çox diqqətli şəkildə tətbiq etmək lazımdır.
Botoks: Özəl bəzi incə quruluşlu maddələrlə (hyaluronik turşu) istifadə edilə bilər. Beləcə daha dolğun, gərgin, parlaq, canlı bir görünüş əldə etmək mümkündür. İldə iki dəfə təkrarlamaq gərəkdir.


Tarix: 28.06.2013 / 18:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri