beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarali

Bir dərinlikdəki, hər düşən çıxmaz


Qurtulmaq istəyir, qanad yaramaz!


İmdadına gələn ümidindən az,


Yaralıdır könlüm quşu, yaralı!






Dost ararkən ovçu çıxdı yoluna,


Əzrayıl sağına, ölüm soluna,


Vurma, ovçu, qanadına, qoluna,


Yaralıdır könlüm quşu, yaralı!





Aman ovçu, bunun halını düşün,


Gözündə yaşı var, qoy onu töksün!


Sonra amadədir ölümə hər gün,


Yaralıdır könlüm quşu, yaralı!





Kədərli bir qəlbin yanıq fəğanı,


Yandırar ürəyi daşdan olanı!


Ovçu, bu çırpınır, öldürmə bunu,


Yaralandı yazıq aşiq olalı!





Yurdundan ayrılmış, yuvadan uzaq,


Dostunun könlündən, gözündən iraq,


Ümidi sənədir, ey yaradan haqq,


Yaralandı yazıq aşiq olalı!


Tarix: 14.06.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri