beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SəyahətdəOlar vəOlmazlar

Olar. Qaralmaq. Bu zaman kosmetikaya elə də ehtiyac qalmayacaq. Qaralıq üzdə və bədəndə olan bəzi nöqsanları örtür.

Olmaz. Elektriklə çalışan saç alətlərini bir yerdə qablaşdırmaq. Əvəzində, özünlə adi biqudilər götürə bilərsən.

Olar. Krem və göz kölgəsi aparmaq (kosmetik fırçadan istifadə etməyə
gərək yoxdur).

7 ləvazimatın çantada yeri var

1 Bədən üçün losyon
Losyon dərini nəmləndirir və ona xüsusi təravət verir. Eyni zamanda, qaralmanı uzunmüddətli etməyə də kömək edir.

2 Saçlar üçün krem
Günəş saçları yandırır və kövrəkləşdirir, günəşə çıxmazdan əvvəl, saçlarına nəmləndirici krem və ya sprey vurmağı unutma.

3 Ifadəli gözlər
Bircə göz karandaşı istirahət səfərinə kifayət edər. Özünlə layner götürməsən də olar.

4 Parlamağın ən tez yolu
Sadəcə olaraq, üzü parıltılı göstərmək üçün nəzərdə tutulan kremlərdən istifadə edib parlaya bilərsən.

5 Yaxşı nəmləndirici krem
Ən vacib kremlərdən biri hesab olunur. Xüsusilə də qaralmağı sevən qadınlar üçün nəzərdə tutulur.

6 Günqoruyucu kremlər
Nəbadə, özünlə günqoruyucu krem götürməyi unudasan. Günqoruyucu kremlər dərini zərərli şüalardan qoruyur.

7 Daraq
Saç dibini masaj edir və qan dövranını yaxşılaşdırır. Yay aylarında təsadüf edilən saçtökülmə-
sinin qarşısı qismən olsa da alınır.

HƏR ZAMAN YADINDA OLSUN:

ŞLYAPANI GÖTÜRMƏK

Şlyapa hər bir şəraitdə qadını mükəmməl göstərir. Üstəlik, bu yay günlərində saçları günəşin zərərli şüalarından qoruyur.

KOSMETIKANI ÇANTANDA GƏZDIRMƏK

Çantanda parıltı, tuş, fırça (bir sözlə, sənə lazım olan hər bir şey) götürə bilərsən. Çemodanın itdiyi halda, aptekə qaçmaq lazım olmayacaq.

ŞƏP-ŞƏP GÖTÜRMƏK

Təhlükəsizlik baxımından ayaqyalın gəzməkdən yaxşıdır!


Tarix: 28.05.2013 / 14:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri