beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boyun qırışıqları

Dərimiz nə qədər baxımlı və gənc olursa olsun, boyundakı qırış və sallanmalar təəssüf
ki, yaşımızı büruzə verir. Lakin ciddi və xüsusi baxımla bunun da qarşısını almaq
mümkündür. Xüsusi diqqət tələb edən boyun bölgəmizdə yarana biləcək sallaqlıq və
cizgilərin qarşısını ala bilmək üçün diqqət etməli olduğunuz ünsürləri və evdə hazırlaya
biləcəyiniz bitki tərkibli maska təriflərini sizə təqdim edirik.
Nə etməliyik?
Boynu dik və vücudun ortasında tutmaq
Boynumuzu iş görərkən önə doğru əyirik. Bunun nəticəsində qalıcı cizgilər əmələ gəlir
və hətta bəzən çənə altı sallanması da yaranır. Dik oturmaq – başı, boynu dik tutmaq
bunların yaranmasının qarşısını alar.
Düzgün seçilmiş yastıq və yatmaq forması
Çox hündür yastıqlar boyun cizgilənməsinə səbəb olur. Arxası üstə yatmaq və yumşaq
yastıqlar istifadə etmək, qırışıqlıqların önünə keçməyinizə kömək edəcək.
Günəş
Günəşin cildimizə vurduğu ziyanı ən çox dekolte və boyun bölgəsi hiss edir. Bu zaman
dərimiz quruyur, ləkələnir və qırışır. Buna görə də günəş qoruyu vasitələrdən hər gün
istifadə etməli, boyun və dekolte hissəni unutmamalıyıq.
Bitki tərkibli boyun maskasını necə hazırlayaq?
2 xörək qaşığı zeytun yağı (sızma)
2 çay qaşığı buğda yağı
1 yumurta ağı
Zeytun və buğda yağı qarışdırılır və bura yumurtanın ağı əlavə edilir. Hazırlanan maska
boyun və dekolte hissəsinə vurulur. 15 dəqiqə gözlyəndən sonra ilıq su ilə durulanır və
mədən suyu ilə kompres edilir. Bu maskadan həftədə bir dəfə istifadə etmək olar.


Tarix: 24.11.2014 / 16:28 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri