Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tüklərdən xilas olmanın yolları...

Tüklərdən xilas olmanın bir çox yolu vardır. Dərinizin həssaslığı, dəri tipiniz, büdcəniz və səbrinizə görə, sizə uyğun olanı təyin edə bilərsiniz.

Qaşlar: Qaş alarkən istifadə edilən ən məşhur metod maqqaşdır. Başlamadan əvvəl qaşları bir losyonla və ya odekolon ilə silin. Ağrı hissini azaltmaq üçün göz qapağınızı gərin. Tükləri tək-tək və çıxış istiqamətində çəkin. Əməliyyat bitdikdən sonra təkrar losyon sürün və ardından pudralayın.

İncə Tüklər: Ümumiyyətlə dodaq üstündə, çənədə və üzün yan tərəfində olan bu tüklər üçün ən uyğun yol saraltmaqdır. Şüşə bir qalın qaba 2-3 qaşıq oksigenli su qoyun, bir neçə damla amonyak əlavə edin. Pambıqlı çubuğu batırıb tüklərin üstünə çəkin, 4-5 dəqiqə gözləyin və bol suyla yuyun. Tünd bədənlilər üçün uyğun bir üsul deyil. Tünd bədəndə açıq rəng tüklər ağ bığ kimi dayanar. Buna görə digər üsulları seçmələri daha məntiqli olar.

Bikini Bölgəsi və qolaltı: Bədənin həssas bölgələridir. Qızarmağa meylli olan bu bölgələrdə, kiçik iltihablar və batıq tüklər də meydana gələ bilər. Buna görə təraş bıçaqı istifadə etməkdən qaçının.

Qıçlar: Dərisi həssas olmadığından hər metod istifadə edilə bilər.

Təraş Bıçaqı: Xüsusilə məhdud zamanlarda çox istifadə edilən bir üsuldur. Dərisi çox həssas olanlara və digər üsulları ağrılı olanlara uyğundur. Daha çox tük çıxardığı səhvdir ancaq qılın daha sərt və qalın çıxmasına səbəb olar. Tüklərin yenidən çıxması 2 günü tapar. Dəridə sızanaq edə bilər. Tükləri kökündən götürmədiyi üçün kəsilən tüklər dəri altından irəliləyərək batıq meydana gətirə bilər.

Tük Tökücü Krem: Ülgücə nisbətlə tüklər daha yumşaq çıxar. Diqqətli istifadə edilməsi lazımdır. Tüklərin yenidən çıxışı 1 həftəni tapar. Allergiya riski aşağı olsa da vardır.

Elektrikli Epilyasiya Maşını: Maqqaş məntiqiylə işləyər. Üstünlüyü çox kiçik tükləri də ala bilməsidir. Tüklər 2-3 həftə içində təkrar çıxar.

İynəli Epilyasiya: Qalıcı həllərdəndir. Zəif axınlı elektriklə tüklər yandırılar. Çox agrələ olmasa da həssas bölgələrdə lokal anestezi edilə bilər. İynələr səbəbiylə dəridə keçici kiçik izlər meydana gələr.

Lazerli Epilyasiya: Bədənin hər bölgəsindəki tükləri ağrısız və dəriyə zərər vermədən yox edər. Bu üsuldan nəticə ala bilmək üçün ən az 4 seans getmək lazımdır. Seans sayı tük sıxlığı, qalınlığı, dəri tipi və rənginə görə dəyişər. Hamilələrin tətbiq etməməsi lazım olan bir üsuldur. Ən sürətli və müvəffəqiyyətli nəticə, dəri rəngi açıq, tükü tünd olanlarda alınar.


Tarix: 22.06.2013 / 13:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...