beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Civzə və sızanaqsız üz

Sızanaqlar dərinin yağlanması nəticəsində yaranan xəstəlikdir. Dəridəki məsamələrin tutulması sızanaq meydana gəlməsinin ilkin mərhələsidir.Bundan sonra məsamələr genişlənərək qara nöqtələr yaradır.Qara nöqtələri qətiyyən dırnaqla sıxılmamalıdır. Buxardan sonra əllə toxunmadan qara nöqtələri qulaq təmizləyici çöplərin köməyi ilə təmizləmək olar. Sızanaq meydana gəlməsinin qarşısını almaq üçün tonik köməyi ilə dərini gündəlik təmizləmək vacibdir.
Civzəsiz və sızanaqsız üzə nail olmaq üçün nələri bilmək vacibdir:
Olar: Üzü gündə 2 dəfə xüsusi yumşaq sabunla ehtiyyatla yumaq. Üzdə olan təri həmişə silmək. Balıq,meyvə və tərəvəzlə zəngin olan qidalar qəbul etmək.
Olmaz: Üzü süngər ilə silmək. Civzələri sıxmaq- sonra çapıq qala bilər. Dərini sürtən dar paltar geyinmək.
Məsləhətdir: Sabun şəklində olan təmizləyicilərdən istifadə etmək. Sifətində qara nöqtələr olan kişilər üzlərini qırxarkən ülgüc yerinə elektrik üzqırxanlardan istifadə etməlidirlər. Qara nöqtəli dəridə və üz yuyulduqdan sonra nəmləndirici qətiyyən vurulmamalıdır.
Maskalar.
1. Soda ilə duz qarışdırılır,azca su əlavə edərək pambıqla qara nöqtələr olan yer silinir. Praseduru həftədə bir dəfədən artıq etmək məsləhət deyil.
2. Təzə qozun qabıqlarının suyu sıxılaraq sızanaq üzərinə sürtülür.
3. 1 yumurtanın sarısına 2 çay qaşığı şəkər tozu və 2 çay qaşığı aloe şirəsi tökülərək mikserlə yaxşıca qarışdırılır. Maskanın yarısı üzə çəkilib quruyana qədər saxlanır. Quruduqdan sonra maskanın qalan hissəsi də üzə çəkilərək yuyulur.
Gözəllik və yaxşılıq bir-birinə düşməndir.Bununla belə, hər ikisinə sahib olmağı arzu edirəm.


Tarix: 26.06.2013 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri