beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşa görə gözəllik

Gözəl görünmək üçün müəyyən bir yaş yox­dur. Hər yaşın özünə görə bir cazibədarlığı vardır. Hətta, gözəlləşməyə çalışmaq üçün heç bir yaşın gec sayılmadığını da əlavə edək. Gözəl qalmaq bir vəzifə sayıla bilər. Buna ehtiyac duymaq həm özümüz, həm də ətrafımızdakılar baxımından etibarlıdır. Bu mövzuda yaşın heç bir əhəmiyyəti yoxdur, önəm­li olan gözəl olduğuna insanın özünün inanmasıdır. Belə bir inan­cı qürura bağlamaq səhv bir dəyərləndirmədir. Gözəllik hissinin yaranışı qadın həyatının ilk dövründə başlayar. Buna görə uşağın aynada özünü uzun zaman seyr etməsinə mane olmamaq lazımdır. Eyni şəkildə ona vücu­dunun gözəlliyinə qatqısı olmadığı fikrini də qazandırmamalıdır. Uşağı mad­di gözəlliyin gərəksizliyinə inandırmağa çalışmaq səhv bir davranışdır. Əksinə şəxsiyyətlərini qazanmaları və seçmə zövqlərinin inkişafı üçün uşaqlara bu müvzuda kömək etmək lazımdır. Saç formasını dəyişdirmək və ya yeni geyimlər istəmək xüsusilə bir qız uşağının ən təbii haqqıdır. Ana, atanın bu istəkləri anlayışla qarşılayıb, ölçülü bir şəkildə yeri­nə gətirməsi lazımdır. Şəxsiyyətin inkişafında xarici görünüşün önə­mi uşağa izah edilməlidir. Uşaq ancaq o zaman bədəninin və üzünün baxı­mına lazım olan diqqəti göstərə bilər. Gözəl bədən də gənclik və gözəlliyin, təmizliyin və sağlamlığın işarələridir. Gözəllik bəzi vəziyyətlərdə doğuşdan qazanılmış bir mükafatdır. Lakin sonradan əldə edilə bilməsi heç də qeyri-mümkün deyil. Hər iki hal­da da baxım çox böyük əhəmiyyət daşıyır. Hər bir xanımın bütün yaşlarında gözəl olmaq arzusuyla...


Tarix: 23.11.2014 / 18:17 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri