beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərlə qadınlar arasındakı məzəli fərqlər

Qadınlar kişilərə nisbətən daha tez yetkinləşirlər. Əksər 17 yaşlı qızlar özlərini böyüklər kimi apara bilər. Əksər 17 yaşlı oğlanlar isə hələ də futbol şəkilləri toplayır və ya dərsdən sonra “playstation” klublarına qaçırlar.


Jurnallar


Kişi jurnalları adətən yarıçılpaq qadın şəkilləri ilə dolu olur. Qadın jurnalları da həmçinin yarıçılpaq qadın şəkillərindən ibarət olur. Bu o deməkdir ki, qadın bədəni təbiətin gözəl incəsənətidir... Qadın bədəni əksər kişilərdə heyranlıq doğurur. Kişi bədəni isə əksər qadınlarda gülüş doğurur


Hamam


Kişinin hamamda 6 əşyası olur – diş məcunu, diş fırçası, üz qırxma kremi, ülgüc, sabun və dəsmal. Qadının isə hamamda olan əşyalarının orta sayı 437-dir. Kişilər həmin əşyaların çoxunun adını belə bilmir.




Bazarlıq


Qadın bazarlıq etmək üçün əvvəlcə lazım olan şeylərin siyahısını tutur və sonra dükana gedir. Kişi isə soyuducuda hər şey tükənənə qədər gözləyir. Sonra isə dükana gedir. O gözəl görünən hər şeyi alır. Kassaya yaxınlaşanda isə onun piştaxta arabası Beverlide Clampettin avtomobilindən daha gərgin qablaşdırılmış vəziyyətdə olur.


Evdən çıxmaq


Nə vaxt ki, kişi deyir artıq evdən çıxmağa hazırdı, deməli o həqiqətən də çıxmağa hazırdı. Nə vaxt ki, qadın deyir artıq evdən çıxmağa hazırdı, bu o deməkdir ki, o kosmetikasını indicə qurtarıb və artıq sırğalarını axtarır.


Övladlar


Qadın öz uşaqları haqda hər şeyi bilir. Qadın uşağının sevdiyi filmi, uşağı üçün diş həkiminin nə təyin etdiyini, sevdiyi idman sahəsini, romantik həyatındakı hadisələri, sevimli yeməyini, onun gizli arzularını və s. bilir. Kişi isə evdə yaşayanları dumanlı şəkildə xatırlayır.




Paltar Dəyişmək


Qadın hər bir işə müxtəlif paltarlar geyir. Qadın dükana gedəndə, gülləri sulayanda, kitab oxuyanda paltarını dəyişəcək. Kişi isə əgər qadın bunu ondan tələb etsə ancaq toy ve dəfn mərasiminə getmək üçün paltarını dəyişəcək


Telefon


Kişi telefona bir əlaqə vasitəsi kimi baxır. Onlar telefondan bir-birinə qısa mesajlar göndərmək üçün istifadə edir. Qadın öz rəfiqəsigildə 2 həftə qala bilər, evə qayıtdığı gün isə yenə həmin rəfiqəsi ilə telefonda 3 saata qədər danışacaq.


Dostlar


Qızlar öz rəfiqələrigildə olarkən bütün gecəni danışmaqla keçirirlər. Oğlanlar öz dostlarıgildə qaldıqda isə gecə təxminən 20-30 söz işlədirlər ki, onlardan da çoxu belədi: “İşığı söndür”, “Pivə tapdın?”, “Bu gözəlçəyə bax!!!”


Bəs Səni Ondan nə fərqləndirir?


Tarix: 24.05.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri