beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam və təravətli saçlar üçün sadə məsləhətlər

Sağlam saçlar üçün məsləhətlər

Gündəlik həyatda hər birimiz stress və həyacandan orqanizmimizə böyük zərər vururuq. Bundan ən çox saçlarımız zədə alır. Saç uclarında qırıqlar və saç tökülməsi nəinki qadın elə kişilərin də, qorxulu yuxusuna çevrilib. İnsanlar bunun qarşısını almaq üçün təəbii vasitələrə üstünlük verir. Ancaq hər şeydən əvvəl biz normal qidalanmaya düzgün yanaşmalıyıq. Orqanizmimiz hər gün lazımi miqdarda protein, yağ vitamin və mineralları qidaların tərkibində qəbul etməlidir.

Saçlarınızı sadəcə yağlanan zaman yuyun. Hər gün isti suumaq və şampunla onları yumaq saç dərisini qurudur.
Saçlarınızı ayda bir dəfə kəsdirməniz məsləhətdir. Bu saç uclarında olan saçqıranların aradan qalxmasına və saçın tez uzanmasına faydalıdır. Bundan əlavə belə saçlar daha rahat daranır.
Saçlarınız üçün həftədə ən az 2 gün balıq yeməlisiniz. Təzə meyvə və tərəvəz isə sizin saçlarınızın əsil dostudurr. Buna görə həmin qidalarla zəngin həftəlik qidalanma rejiminə start verməlisiniz.


Tarix: 22.11.2014 / 14:25 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri