Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arxa nahiyəni gözəlləşdirməyin yolları....

Nə etməyimizdən asılı olmayaraq, o hər zaman arxamızdır,amma ən son onun qeydinə qalırıq.Artıq vaxtdır! Gözəl alt paltarına layiq olması üçün bir az əzizləyib onu daha yumşaq etməyin tam zamanıdır.




Müasir zamanın ən qaynar trendi beldən aşağıya diqqətdir.Kiçik məsləhətdən sonra daha hamar və yumşaq arxaya sahib ola bilərsiz.

1.Hamarlaşdır və düzləşdir.Məsamələri genişləndirmək üçün uzunmüddətli duş qəbul et. 15 dəqiqədən sonra bədən süngəri və iri dənələri olan skrabı bədəninə sürt, dairəvi hərəkətlərlə kələ-kötür nahiyələri hamarla.Hamamdan çıxdıqdan sonra isə üzünə çəkdiyin liftinq maskasından istifadə et.Təzəcə bişirilmiş qəhvə qalıqlarını kreminlə qarışdır.Qəhvə piy hüceyrələrini "susuzlaşdıracaq" və dəriyə daha hamar və möhkəm görünüş bəxş edəcək.10 dəqiqə saxladıqdan sonra yuya bilərsiz.



2.Bədən ölçüsünə uyğun gələn alt geyimi.Əgər yumşaq yerin yastıdırsa....beldən aşağı V şəkilli,arxadan darlaşan tumanlar onu vizual olaraq daha dolğun göstərəcək.Əgər yumşaq yerin qabarıqdırsa.... tanqa tumanlar arxanı tutur,yuxarıdakı kəsim isə yalançı arıqlıq effekti yaradaraq diqqəti yayındıracaq,yuxarı yönəldəcək.



3.Y umşaq yerini güclə soyuqdan qoruduqda belə cəmi 5 hərəkətlə ona yay parıltısı bəxş edə bilərsən. Bunlar aşagıdakılardır:
1.Ölü dərini təmizləmək üçün duş qəbul et.Bu avtobronzantın daha tez hopmasına şərait yaradacaq.Yaxşıca yaxala və qurulan.
2.Sağ ayağını vannanın qırağına söykə( belə olduqda arxa dartılacaq) və süngər fırçadan istifadə et və böyük dairəvi hərəkətlərlə avtobronzantı çək.
3. Ayağını 3 dəqiqə yuxarıda saxlamaqla avtobronzantın qurumasına şərait yaratmış olursan.
4. Sol nahiyədədə bunları təkrar et.
5. İşiniz bitən kimi qalıqları makiyaj silmək üçün istifadə etdiyin süngərlə təmizləyə bilərsən.



4.Qoy arxan rahatlasın. Mütəxəssislər bildirir ki. bütün günü oturaq şəraitdə olmaq arxamiz üçün zərərlidir. Yumşaq yerinə dəyən zərərin yarısında dönmək üçün bir neçə məsləhət var:
Heç olmasa hər yarım saatdan bir ayağa qalxın. Oturarkən diqqət edinki stulun ya küncündə ya da arxaya söykənərək oturasız. Heç zaman stulun ortasında əyləşməyin. Çünki istər- istəməz bel əyrilir bu da onurğa sütununun əyilməsinə səbəb olur. Hər defə ayağa qalxdıqda əlinizi belinizin arxasına qoyun. ayaqlarinizi çiyinlərinizə paralel saxlayaraq geri -irəli hərəkət edin və belinizi yelləyin. Bununla uzun müddət oturaq şəraitdə yığılan arxa əzələləri hərəkətə gətirəcəksiniz.


Tarix: 26.06.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...