beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makyajda Səhv Bilinən 8 Gözəllik Qaydası

Yalnız dodaq və ya gözə diqqət edin.
Ənənəvi tövsiyə bu olsa da, siz bu qaydanı poza bilərsiz. Dumanlı göz makiyajını, tünd rəng bir pomada ilə istifadə etmənizdə bir qorxu yoxdur. Üzünüzün sadəcə yarısına makiyaj etmisiniz kimi davranmaq məcburiyyətində deyilsiniz.


Lak ilə pomadanız uyğun olsun!
Yaxşı niyyətli nənələrimiz tərəfindən ortaya atılmış bir qaydadır ancaq yeni nəsil qadınların bu qaydanı tətbiq etmələriə heç ehtiyac yoxdur. Dırnaqlarınız ilə dodaqlarınızı eyni rəngdə etmək məcburiyyətində deyilsiniz.


Saç diblərini göstərməyin.
Kiminin saçı kökündən ucuna qədər eyni rəngdədir. Kiminin dib rəngi ilə ucları arasında rəng müxtəlifliyi vardır. Sizin saç dibləriniz bir az qaranlıq ola bilər ancaq bunu saxlamaq kimi bir məcburiyətiniz yoxdur!


Qaşlarınızın üstünü almayın!
Bəli, qaşlar altdan alınır ancaq yuxarıdan uzanan qaşlarınızı almanızda heç bir qorxu yoxdur.



Qaşlarınızı mütləq nazildin!
2000-ci illər qaşların incəldiyi və bunun moda olduğu illər idi ancaq indi demək olar ki, dümdüz qaşlar moda və bu yenə dəyişə bilər. Hər zaman incə qaş istifadə etmək məcburiyyətində deyilsiniz.



Dəri tonunuza uyğun rənglər geyin!

Dərinizin tonuna uyğun gələn soyuq və ya isti rənglər geyinin. Siz yalnız dəri tonunuzdan ibarət deyilsiniz. Saçlarınız, makiyaj rəngləriniz, göz rənginiz də var. İsti və ya soyuq tonları tək başına seçməyin, qarışdırın, siz əyləndirən tonları geyinin.


Alt kipriyə tuj vurmayın.
Kirpiklərin altına parladıcı kölgə sürtmək bəzən insanı yaşlı göstərə bilər, amma bu heç bir zaman alt kirpiklərinizə tuş kölgə sürtməyəcəksiniz demək deyil. Makiyajınız və paltarınız uyğunsa, alt kirpiklərinizi də kölgələndirə bilərsiniz.


Saçlarınız qırmızıdırsa qırmızı pomda vurmayın.
Qırmızı saçlı məşhurlar, bu inancın nə qədər səhv olduğunu sübut etdilər.. Dəri tonunuz ilə uyğunlaşdığı müddətcə qırmızı rəng pomada istifadə edə bilərsiniz. Yalnız saçınızı əsas götürərək düşünməyin.


Tarix: 22.11.2014 / 15:42 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri