beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güclü saçlar üçün düzgün qidalanma

Sağlamlıq problemlərindən biri saç tökülməsidir. Daha çox irsi meyillik, immunoloji və endokrin xəstəliklər, anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları, qeyri-düzgün qidalanma saç tökülməsinə təsir göstərir.
Sağlam saçların Omega-3 yağlarına ehtiyacı var. Çərəzdəki bu yağlar saçları qoruyur, sink isə onların tökülməsinin qarşısını alır.
Zeytun yağı E vitamini qaynağıdır. E vitamini isə saçların qalınlaşmasını təmin edən antioksidantdır. Bu vitamin hüceyrələrin sağlamlığı üçün vacibdir.
Zeytun yağı saç diblərini nəmləndirərək onları qırılmalardan müdafiə edir.

Sağlam Həyat Mərkəzində fəaliyyət göstərən Dr. Özgür Şamilgil saçları gücləndirmək üçün orqanik yetişdirilmiş bitki və heyvani mənşəli qidaların, B vitamini, maqnezium və dəmirlə zəngin yaşıl yarpaqlı tərəvəzlərin faydalı olduğunu bildirib. Həmçinin antioksidant xüsusiyyəti olan meyvələrin və müxtəlif çərəzlərin (badam, fındıq, qoz) yaxşı təsir göstərdiyini bildirib.


Tarix: 22.11.2014 / 14:31 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri