beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşım-işım işıldayan saçlar üçün maskalar

Sizə müxtəlif saç maskalarını təqdim edirik

Saç tökülməsinin qarşısını alan maskalar:

Çaytikanı maskası

1 çay qaşığı bitki yağı və 9 çay qaşığı çaytikanını saçlarınınızın dibinə çəkin. 60 dəqiqədən sonra saçlarınızı şampunla yuyun. Maskanı həftədə 2 dəfə etsəniz, təsiri daha yaxşı olar.

Zeytun yağı maskası

5 x.q. zeytun yağı və 2 yumurta qarışdırılıb saçın diblərinə sürtülür. Daha sonra saç yaylıqla örtülür. 15 dəqiqə saxlandıqdan sonra yaxşı-yaxşı yuyulur.

Saçların uzanması üçün maskalar:

Çörək maskası

100 qr. qara çörəyin üzərinə 0,5 stəkan su töküb üstünü bağlayırsız. Bir qədər gözləyib çörəyi qarışdırın, təzə soğanı işərisinə töküb təkrar qarışdırın. Maskanı saçınıza vurub salafan və yaylıqla bağlayın. 1 saat saxlayıb yuyun.


Badam yağı maskası

Gündə 2-3 dəfə saç dərisinə badam yağı sürtün. Bu həm saçın uzanması üçün xeyirlidir, həm də onun tökülməsinin qarşısını alar.

Yağlı saçlar üçün maskalar:

Alma maskası

1 ədəd almanı sürtgəcdən keçirin, üzərinə 2 x.q. alma sirkəsi, 2 x.q. limon suyu əlavə edin. Maskanı saçlarınızda 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Limon şirəsi və sarımsaq maskası

1 ç.q. limon şirəsini, 1 ç.q balı və sürtgəcin xırda gözündən keçirilmiş 1 diş sarımsağı yaxşı qarışdırın. Qarışığı nəm saçlara çəkin, polietilen papaq geyinin və başınıza dəsmal bağlayaraq 30 dəqiqə gözləyin. Sonra şampun istifadə etmədən başınızı yuyun. Sarımsağın iyinin qalmaması üçün sonda saçlarınızı xardal qatılmış su ilə yaxalayın.

Quru saçlar üçün maskalar:

Xına maskası

1 yumurtanın sarısını 1 x.q. zeytun yağı ilə qarışdırın, üzərinə 1 ç.q. xına, 1ç.q. bal əlavə edib saçlarınıza sürtün. 40 dəqiqədən sonra isti su ilə yuyun.

Bal və süd qarışıqlı maska

1 x.q. balla 0,5 stəkan yağlı südü saçın dərisinə masaj edə-edə sürtün və 15 dəqiqə gözləyin. Sonra şampunla yuyun.


Tarix: 22.11.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri