beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinizin gündəlik ehtiyacları

Təmizləyici

Sağlam dəriyə sahib olmaq üçün mütləq təmizləyicidən istifadə etmək lazımdır. Təmizləyici ləkəli, məsamələrə tıxanan yağ təbəqəsini təmizləyir.
Su
İnsan bədənində su çoxluq təşkil edir. Bədəndəki toksinlərin çölə atılmasına kömək edir. Orqanizmdə su, aldığımız oksigen kimi dəyərlidir. Dəri tənəffüsü və tərləmə kimi, ehtiyaclarımızı ödəyir. Bol su içmək lazımdır.
Yağ Turşuları
Lipitlər hüceyrə pərdələri tikməyə kömək edir. Bu lipidlər, UV şüalarının ziyanlarından dərini qoruyur, bu şüalara qarşı baryer meydana gətirir. Əgər dərinizin mükəmməl görünməsini istəyirsinizsə omeqa-3 və omeqa-6 yağ turşularla zəngin olan qidalarla qidalanın. Toyuq və taxılları bol qidalar qəbul etmək lazımdır.
Günəşdən Qorunma
Günəş qoruyucu istifadə etdiyiniz zaman, yalnız dəri xərçəngi kimi xəstəliklərə qarşı özünüzü qorumuş yox, eyni zamanda günəşdən gələn yaşlanma kimi vəziyyətləri də qorumuş olarsınız. Günəşdə çılpaq buraxılan dəri, daha rəngsiz və zəif olar. Günəş kremləriylə, bu mənfi əlamətlərə maneə törətmiş olarsınız.
Antioksidanlar
Antioksidanlar, ürək və damar sağlamlığı üçün və xərçəngə qarşı istifadə edilir. Meyvə, tərəvəz, dəniz məhsullarının tərkibində boldur. Bunlar eyni zamanda dərimizə çox yaxşı təsir edən vitaminlərlə zəngindir.


Tarix: 04.07.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri