beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl qaralmağın yolları

Yayda qaralmış və mükəmməl dəriyə sahib olmaq üçün aşağıdakı tövsiyələrə diqqət yetirin.

SPF tərkibli kremlər alın
Bu kremlər dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Dodaqlarınızı və saçlarınızı unutmayın. Onlara SPF tərkibli yağlar çəkə bilərsiniz. Qaralmaq üçün ən yaxşı vaxt saat 9-dan 11-ə kimidir.

Dərinin dözümlüyünü artırın
Günəşin altına çıxmazdan əvvəl qoruyucu krem çəkin. Tətilə çıxmazdan 3 həftə əvvəlcədən hər gecə qoruyucu krem çəkin. Beləcə dəri yanıqlara qarşı dayanıqlı olacaq.

Sızanaqların qarşısını alın
Günəş kremi alarkən tərkibini mütləq oxuyun. Bəzi günəş kremləri dəri və kürəkdə sızanaqların yaranmasına səbəb ola bilər. Günəş kremi almazdan əvvəl üstündə "oil free" yazıldığına əmin olun.

Bir məhsul alın
Nəmləndirici, qaraldıcı və qoruyucu kremləri üst-üstə çəkmək olmaz. Aloe, avokado, C və E vitamin tərkibli nəmləndirici kremlər dərini daha yaxşı qorumaq gücünə malikdir.

Ləkələnməyin
Günəş vannası qəbul etdikdən sonra vücudda ləkələr əmələ gəlir. Bunun səbəbi isə dəridəki ölü dərilərdən qaynaqlanır. Günəşə çıxmazdan əvvəl çimərkən bədəninizi yaxşı kisələyin və ölü dərini atın. Dənizdən sonra bədəninizi çox yaxşı qurulayın. Bədəndə qalan su damcıları ləkələrin yaranmasına səbəb ola bilər.

Makiyajdan uzaq durun
Çimərlikdə sevgilinizə gözəl görünmək istəyiniz və makiyaj dərinin ləkələnməsinə səbəb ola bilər. Onun yerinə qaraldıcı günəş kremi istifadə edin. Ya da təbiiliklə onu valeh edin.

Mineral spreylər alın
Son illərin ən məşhur məhsullarından biri də təravətləndirici spreylərdir. Günəş altında tərləyən zaman vücudumuz yararlı mineralları itirir. Bu spreylər isə sizə təravət bəxş edir.

Eynək
Günəş vannası qəbul edərkən və yayda küçəyə çıxarkən mütləq eynək taxın. Eynək gözlərin kənarlarını qırışmağa qoymur.

Dodaqlar
Dodaqların qurumaması və çatlamamsı üçün tez-tez dodaq kremi çəkin. Günəş şüalarının güclü olduğu saatlarda kölgədə qalın.

Saçlar
Dənizdən çıxandan sonra duş qəbul edin və saçınızı yuyun. Dənizin çirkli suyu saçın keyfiyyətinə mənfi təsir edir. Buna görə də, saçınızı yuduqdan sonra yumşaldıcı balzam çəkməyi unutmayın.

Su
Çoxlu su və sərinləşdirici içkilər için. Qətiyyən spirtli içkilər qəbul içməyin.

Duş
Dərinin tozunu və dəniz duzunu təmizləmək üçün duş qəbul edin. Lakin dəri çox həssas olduğu üçün kisələnməyin. İstifadə etdiyiniz dəsmalın da yumşaq olmasına fikir verin. Hamamdan çıxdıqdan sonra nəmləndirici krem çəkin.

Bu qidalar isə qaralmağa kömək edir

Yerkökü
Tərkibindəki beta-karotin uzun müddət günəş vannasının təsirini saxlamağa kömək edir. Xüsusilə yerkökü şirəsi. Gün vannasından əvvəl bir stəkan təzə sıxılmış şirə içmək məsləhətdir.

Ərik
Tərkibindəki beta-karotin, B, РР vitaminləri, fosfor, dəmir dərinin qaralmasını sürətləndirir, onu ultrabənövşəyi şüalardan qoruyur. Yaxşı qaralmaq üçün gündə 200 qram ərik yemək məsləhətdir.

Şaftalı
Kalium, beta-karotin, C, PP, B qrup vitaminlə zəngin olan şaftalı melamin piqmentinin istehsalını artırır, dərini günəş yanıqlarından qoruyur, dəridə müdafiə təbəqəsi yaradır və düzgün qaralmaya kömək edir.

Üzüm
А, РР, С və В qrupu vitaminləri dəri xəstəlikərinin qarşısını alır, zərərli hüceyrələri məhv edir, immun sistemini gücləndirir, su balansını tənzimləyir.

Qulançar

Tərkibindəki A,С, РР və B qrupu vitaminləri dərin ultrabənövşəyi şüalardan qoruyur, dəri xərçəngi riskini azaldır.

Yemiş
В1, В2, РР, С, kalium, dəmir, beta karotin dərinin qaralmasına güclü təsi göstərir. Gündə 300 qram yemiş yemək məsləhətdir.

İspanaq
Beta-karotinlə, РР v С vitaminləri, lüteyinə zəngin olan ispanaq qaralmanı uzun müddətli edir. Dərin ultrabənövşəyi şüalardan qoruyur, daha tünd rəng əldə etməyə kömək edir.

Brokolli
Bu tərəvəz А, С, Е, В vitaminləri ilə zəngindir. O müalicə effektinə malikdir. Gün yanıqlarını və qızartını, ləkələri azaldır.

Qarpız
Tərkibi likopin, В1, В2, РР, С vitaminləri, kalium, dəmir, beta-karotinlə zəngin olduğu üçün qaralmanı sürətləndirir, dəri hüceyrələrini qoruyur, dəri və orqanizmin su balansını tənzimləyir.

Balıq və dəniz məhsulları
A, D, E, В vitaminləri, Omeqa-3 və 6 dərini qoruyur, sərbəst radikalların təsirini azaldır, su balansını tənzimləyir.

Qaralmağın düşməni

Bəzi qidalar isə qaralma prosesini ləngidir. Bəs onlar hansılardır?

Duzlu və qızardılmış, yağlı yeməklər

Hisə verilmiş məhsullar

Şokolad, kofe və kakao

Qarğıdalı

Cəfəri

Spirtli içkilər, pivə


Tarix: 22.11.2014 / 14:06 Müəllif: Aziza Baxılıb: 210 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri