beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faydalı 7 məsləhət

Qadın hər bir şəraitdə özünü unutmamalı , xarici görkəminə, səliqəli olmasına fikir verməlidir.Unutmayın ki, təmiz və zövqlə bəzənmiş evdə pırtlaşıq saçlı, çirkli xalat geymiş qadın heç də yaxşı görünmür.Gündəlik qayğılar nə qədər çox olsa da ,özü üçün vaxt ayıran qadınlara aşağıdakı faydalı məsləhətləri təqdim edirəm.

1.Yatarkən başınızın altına hündür balış qoymayın, yoxsa boynunuzun dərisi tez qırışar.

2.Tez-tez quruyan və qabıq verən dodaqlara 1 faizli bor turşusu məhlulu çəkir və bitki yağı sürtürlər.

3.Çatlamış əlləri qəhvə xıltı ilə yuduqda əllərin dərisi yumşaq və elastik olur.

4.Yorğunluğu götürmək üçün ayaqları duzlu (2 l suya 1 xörək qaşığı duz) suya qoyurlar.Sonra sərin su ilə yuyub, dabanlarınıza krem çəkin və dabandan dizə qədər masaj edin.

5.Yanmış yerə yumurta ağında isladılmış əski qoyurlar. Bu, ağrını azaldır və yara daha tez sağalır. Yanmış yerə tünd çay,tünd-bənövşəyi manqan (marqans) məhlulu, ya da odekolon çəkmək olar.

6.Tərləyən ayaqları 10 faizli formalin məhlulu ilə silirlər. Formalini yatmamışdan əvvəl həftədə 2-3 dəfə ayaqları yuyub qurulayandan sonra çəkirlər.

7.Sıxılmış limonu atmamışdan əvvəl onu əllərinizə çəkin.Turşuya qoyulmuş xiyarın suyunda əllərinizi vanna edin.


Tarix: 28.06.2013 / 18:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri