beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox faydalı limon maskası

Təbiət bütün imkanlarını qadın gözəlliyinin naminə insanlara vermişdir. Meyvələr, tərəvəzlər, yumurta və süd qiymətli bir qida olmalarının xaricində, qadın gözəlliyinin qiymətli köməkçiləridir. Qadınların əksərən heç xoşlanmadıqları yağış belə bir gözəllik vasitəsi ola bilər. Bunun üçün aşağıdakı tövsiyələrə riayet etmək kafidir.

Yağlı dərilərə qarşı limon maskası

Aşağıdakı maska dərinizə eyni zamanda həm turşu, həm də vitamin qazandıracaq:

Bir limonun suyunun içinə, limonun qabığının xarici təbəqəsini rəndələyin. (Limon qabığının antiseptik yağlayar etibarilə zəngin olan qisimi burasıdır.) Yuxarıdakı qarışığa bir çimdik turşu salisilik də qatdıqdan sonra, mayeni qat-qat bir neçə təbəqə halında üzünüzə çəkin. Bu maskanın üst-üstə bir neçə gün tətbiq edilməsi, dərinizin qat-qat təzələnməsi ilə nəticələnəcək. Maskanı təkrar etmədən əvvəl, bu yüngül soyulmanın sona çatmasını gözləyin.
Bununla birlikdə limon maskasını çox təsirli tapsanız, limon suyunun yerinə bərabər miqdarlarda portağal və suyunu istifadə edə bilərsiniz.
Limon suyu, dərini təmizləyən və qüvvətləndirən bir çox maskanın hazırlanmasında da istifadə edilə bilər. budur onlardan bəzisini sizə təqdim edirəm:
Limonlu maska:Bir limonun suyu ilə bir yumurtanın ağını əvvəla bərabərcə qarışdırdıqdan sonra, pudinq halına gələnə qədər dayanmadan qarışdıraraq bişirin. Bu maska üzə isti olaraq yayılacaq. Sonradan asanlıqla çıxarıla bilməsi üçün, əvvəldən üzə qidalandırıcı bir krem və ya düyü suyu çəkmək faydalı olar.
Əllər üçün limonlu lasyon:Bir limonun suyu ilə bir şorba qaşığı qliserini qarışdırdıqdan sonra, bu mayeyə bir neçə damla da odekolon əlavə edin. Beləcə əlləri ağlaşdıran bir losyon əldə edilmiş olarsınız. Lakin davamlı istifadə edilməsi nətiçəsində əlləri tahriş edə biləcəyi üçün, bu losyonu bir çiçək suyula ilə yarı yarıya yüngülləşdirmək mümkündür.


Tarix: 05.07.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri