beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailənizi qorumağın yolları

1.Gizlində və aşkarda Allaha və Onun elçisinə (s) itaət göstərməli və öz əməlisalehliyi ilə başqalarına nümunə olmalıdır.
2.Ərinin yoxluğunda onun namusuna və mal-dövlətinə sadiq qalmalıdır.
3.Əri ona baxdıqda öz zahiri və daxili gözəlliyi ilə onu özünə cəlb etməlidir.
4.Ərinin izni olmadan evdən bayıra çıxmamalıdır.
5.Daima ərinə təbəssüm bəxş etməlidir.
6.Tez-tez ərinə təşəkkür etməli,
7.Ərindən nəsə bir şey istədikdə bunun üçün münasib bir vaxt seçməlidir.
8.Gözəl əxlaq sahibi olmalıdır.
9.Açıq-saçıq vəziyyətdə evdən kənara çıxmamalıdır.
10.Mübahisə zamanı səsini ərinin üstünə yüksəltməməlidir.
11.Ərinin yoxsulluğuna səbir, zəngilliyinə şükr etməlidir.
12.Ərini qohumcanlı olmağa sövq etməlidir.
13.Xeyirli işlərdə ərinə nümunə olmalıdır.
14.Doğruluğu və dürüstlüyü ilə tanınmalı, yalandan həmişə uzaq olmalıdır.
15.Övladlarını Allaha və Onun elçisinə (s) məhəbbət üzərində tərbiyə etməli, tez-tez onlara ataya hörmət bəsləməyin, ona itaət göstərməyin zəruriliyini aşılamalıdır.
16.Əsəblərini cilovlamağı bacarmalıdır.
17.Başqalarını lağa qoyub istehza etməməlidir.
18.Təkəbbürdən, eqoizmdən uzaq olaraq təvazökar olmalıdır.
19.Evdən bayıra çıxdıqda yad kişilərə gözünün ucu ilə belə baxmamalıdır.
20.Dünya malına həris olmamalı, daha çox axirət üçün ? Tanrı ilə görüş günü üçün yaşamalıdır.
21.Gizlində və aşkarda ümidsizliyə qapılmayaraq Allaha təvəkkül etməlidir.
22.Dini vacibatları vaxtı-vaxtında icra etməlidir.
23.Ərinin ailə başçısı və onun ağası olmasını sözdə və əməldə etiraf etməlidir.
24.Yol verdiyi səhvlərin etiraf edilməsində tərəddüd etməməli, əksinə, xətalarını boynuna almağa tələsməli və buna gətirib çıxaran səbəbləri izah etməlidir.
25.Daimə Allahı zikr etməli, dilindən Allah sözünün əksik olmamalıdır.
26.Anus yolu ilə cinsi təmas istisna olmaqla ərinin istədiyi şəkildə cinsi əlaqəyə girməsinə etiraz etməməlidir.
27.Tələbləri ərinin imkan xaricinə çıxmamalı, ona ağırlıq gətirməməli və aza qane olmalıdır.
28.Cavanlığı, gözəlliyi, savadı və iş qabiliyyəti ilə özünü ərindən üstün tutmamalıdır.
29.Bədəni, geyimi və görünüşündəki təmizkarlığı və səliqəsine diqqet yetirməlidir..
30.Allaha və Onun elçisinə (s) zidd olan əmrlər istisna olmaqla ərinin bütün göstəriş və tapşırıqlarını canla-başla yerinə yetirməlidir.
31.Verdiyni ərinin üzünə vurmamalıdır.
32.Ərinin yoxluğunda ondan icazəsiz məhrəm insanları evə almamalıdır.
33.Əsla başqasını ərinə nümunə gətirməməlidir. Bu hal ailənin mövcudluğuna olan ən böyük təhlükədir.
34.Son dərəcə həyalı olmalıdır.
35.Üzürlü səbəb olmadan ərindən boşanmağı tələb etməməlidir. Çünki şəriət tərəfindən bu qadına haram buyurulmuşdur.
36.Özünü kişilərə bənzətməkdən tamamilə uzaq olmalıdır.
37.Cinsi münasibət barədəki aralarındakı sirrləri yaymamalı və öz həmcinslərinə qətiyyən bu barədə danışmamalıdır.
38.Ərinə qətiyyən əziyyət verməməlidir.
39.Əri ilə əylənməli və ya mazaqlaşmalıdır.
40.Ərinin izni olmadan onun pulundan xərcləməməlidir.
41.Əri ona hədiyyə verdikdə təşəkkür etməli, hədiyyəni bəyənməsini və şad olmasını biruzə verməli, hətta hədiyyə ucuz və onun zövqünə uyğun olmasa belə bunu ona əsla hiss etdirməməlidir.
42.Ərində xoşagəlməz bir keyfiyyət gördüyü zaman buna dözməsi tövsiyyə olunur.
43.Qadın görünməsi ayıb olan əzalarını ərindən başqa heç kəsə göstərməməlidir.
44.Ərinin ən çox xoşladığı yeməyi bişirməlidir.
45.Qadın ərinin onun üçün nə qədər mühüm olmasını, ərinin ona hava-su kimi lazım olmasını ona hiss etdirməlidir.
46.Ərinin vaxtilə yol verdiyi səhvləri onun başına vur-mamalı, əksinə, birgə yaşamış olduqları gözəl xatirələri yada salmağa çalışmalıdır.
47.Qadın daima ərinin ən çox sevdiyi geyimə və hərəkətlərə üstünlük verməlidir.
48.Əri evdən çıxdığı zaman onunla ən gözəl sözlərlə vidalaşmalıdır
49.Axşam işdən evə döndükdə isə onu gülər üzlə, ?Xoş gəldin? deməklə qarşılamalı, iş yorğunluğunu üstündən qaldırmağa can atmalıdır.
50İstər hərəkətləri ilə, istərsə də sözü ilə ərinə olan sevgisini biruzə verməlidir.
51.Ərini ona əy yaxın insanlardan, hətta öz atasından belə üstün tutmalıdır.
52.Əri danışdığı zaman susmalı, ona fürsət tanımalı və onu axıra kimi dinləməyi bacarmalıdır.
53.Ərinin sirrini qətiyyən açmamalı, necə deyərlər, əmanətə xəyanət etməməlidir.
54.Əri çölə çıxdığı zaman onun əyin-başına geyiminə, paltarının ütüsünə diqqət yetirməlidir.
55.Şəriətin buyuruduğu hicablardan örtməli, nazik tül örtüklərdən imtina etməlidir.
56.Geyimində, görünüşündə və bəzənməsində sadəliyini qoruyub saxlamalıdır.
57.Ailədə müəyyən problemlər yarandıqda belə heç kəsin, hətta öz valideynlərinin onun ailəsinə müdaxilə etməsinə imkan verməməlidir.
58.Ümumi və xüsusi işlərində ərindən məsləhətlər almalıdır.
59.Ərinin hislərinə hörmətlə yanaşmalı, onun xətrinə dəyəcək hər hansı söz və hərəkətdən uzaq olmalıdır.
60.Ərini bütün varlığı ilə sevməli, sevgisinin sədaqətini ona bildirməlidir. Çünki xoş sözlərdən uzaq olan evlilik həyatı ailə səadətinin yan keçdiyi bir həyata bənzəyir.


Tarix: 22.05.2013 / 21:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri