beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

yeyərsən ətdən, işlərsən bərkdən

Səhv: Dünən bir neçə ədəd siqaret çəkmisən
Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, siqaretin tüstüsü ağ ciyərlərə və ürəyə ziyan vura bilər. Arteriyanı daraltmağa və qan təzyiqini yüksəltməyə bir ədəd siqaret kifayətdir. Norveçdə aparılan tədqiqatlar göstərib ki, gündə dörd ədəd siqaret çəkməklə asanlıqla ürək və ağ ciyər xəstəliklərinə tutulmaq olar.
Həlli: Bu adəti tərgitməlisən - orqanizmin buna layiqdir. Arabir vitamin C qəbul et. Kaliforniya Sağlamlıq Universitetində aparılan tədqiqatlar göstərib ki, giləmeyvələrdə və tərəvəzdə olan vitaminlər (gündə 500 milliqram) ürək-damar xəstəliklərinin tamamilə qarşısını almağa qadirdir. Vitamin C siqaret tüstüsünün vurduğu ziyanı tam şəkildə aradan qaldıra bilmir. Lakin müxtəlif antioksidantlarla zəngin olan meyvə və tərəvəz qəbulu orqanizmə ziyanın qarşısını almağa qadirdir.

Səhv: İkimərtəbəli çizburger və çox böyük həcmdə qızardılmış kartof yemisən
Baxmayaraq ki ilk görüntüdən bu növ qidalar tutumlu görünür, əslində, onlar insan orqanizminin zəifləməsinə gətirib çıxarır. Aparılan son tədqiqatlar göstərib ki, yüksək yağlılığa malik olan qidalar arteriyaya ziyan vuran piyin 81% artmasına imkan yaradır; nəticədə bir neçə saatdan sonra orqanizmdə piylənmə prosesi başlayır.
Həlli: Qidanı qəbul etdikdən bir neçə saat sonra ya qaçışla, ya da idman zalında idmanla məşğul ol. İdman hərəkətləri damarları yüngülləşdirir, qan dövranını yaxşılaşdırır və ürəyin sağlamlığını artırır. Müntəzəm məşqlər qan təzyiqinin, xolesterolun və triqliseridin (piy) səviyyəsini aşağı salır və arteriyadan lazımsız piyləri aradan qaldıran faydalı xolesterolu artırır.

Səhv: Səhər qaçışlarını təxirə salmalı oldun
Bir neçə gün idmanla məşğul olmamaq bədənini tənbəlləşdirə bilər, lakin ən pisi özünü
günahkar hiss etməkdir.
Həlli: Özünü çox qınamağa dəyməz. İdman hərəkətlərinə qısa fasilə vermək ziyana səbəb ola bilməz. Üstəlik, bu səni fiziki və əqli cəhətdən yenidən bərpa edir. Sadəcə olaraq, hiss etdikdə ki əzələlərin boşalır və tənbəllik hissi yaranmağa başlayır, onda yenidən idman hərəkətlərinə qayıt. Bununla da sən 10 gün ərzində əvvəlki formana qayıda bilərsən.

Səhv: Qoruyucudan istifadə etmədin
Diqqətli ol. Bu, planlanşdırılmamış hamiləliyə, eyni zamanda, qan vasitəsilə yoluxa biləcək arzuolunmaz xəstəliklərə gətirib çıxara bilər.
Həlli: Böhran vəziyyəti üçün nəzərdə tutulmuş dərmanlardan istifadə et. Bu cür qorunma vasitələri qoruyucusuz sekslə məşğul olduğun zaman 24 saat ərzində 94%, 72 saat ərzində isə 89% effektiv olur. Lakin bu dərmanlarıın orqanizmdə harmonal dəyişiklik yarada biləcəyini unutmaq olmaz. Ona görə də hər hansı bir qoruyucu dərmanı qəbul etməmişdən öncə, şəxsi həkiminlə məsləhətləş. Verilən təlimatlara əməl etdikdən sonra, ginekoloquna baş çək.


Tarix: 29.12.2012 / 17:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 349 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri