beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədən ölçülərindəki qüsurları necə aradan qaldırmaq olar?

Bədən quruluşundakı qüsurları düzgün seçilmiş qarderob vasitəsilə asanlıqla gizlətmək olar. Hətta kiçik boylu olsanız belə.

Yadda saxlayın ki, yumru yaxud dördkünc ayaqqabın burnu sizin boyunuzun 2 sm azaltdığı halda, ucu biz ayaqqabı boyunuzu vizual olaraq 2 sm artıra bilər.

Orta ölçülü dabanla kapron corab geyinmək görünüşü 7 santimetr artıra bilir.
Əgər geyimlərinizdə rənglər bir-birilə uyğunlaşırsa bu zaman bədən quruluşunuz daha cazibədar görünər.

Saç düzümünün də xüsusi rolu var. Belə ki, daraq vasitəsilə saçları şişirtmək boyu daha da hündür göstərmək qabiliyyətinə malikdir.

Gödək ayaqlar da artıq problem deyil, hündür dabanlı ayaqqabı ilə şalvar bu problemi də aradan qaldıra bilir. Bir qaydanı yadda saxlayın ki, şalvar ayaqqabı dabanını tam örtməsin. Bu cür geyimlərlə kardiqan seçərkən diqqətli olun. Belə ki, kardiqan seçməklə bədəninizdə olan artıq çəkilərinizi gizlədə bilər. Qarderobunuzda nisbətən enli geyimlərə üstünlük verin.

Pis bədən quruluşu yoxdur, sadəcə özünüzə diqqət və vaxt ayırın.


Tarix: 25.12.2012 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri