beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sızanaqlara qarşı maskalar

Sızanaqlara qarşı hazırlanan maskalar təkcə sızanaqlardan qurtulmağa deyil, həm də dərinin rəngini və ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edirlər.
Sızanaqlara qarşı maskalardan istifadə etmədən öncə onların yaranma səbəbini öyrənmək lazımdır. Əyər sızanaqlar sizi daim narahat edirsə, üzünüzün dərisinin böyük hissəsini tutursa, və dam yenidən əmələ gəlirsə onda özünüz onlarla mübarizə apara bilməyəcəksiniz. Bunun üçün mütəxəssisə müraciət etməyiniz məsləhətdir. Ola bilər ki, həkim-dermatoloq sizə Akne diaqnozu qoysun. Bu üzdə olan piy toxumalarının ciddi xəstəlikliyidir. Belə olan halda həkiminiz sizə dərmanlarla müvafiq müalicə kursu yazacaq. Yox əyər sızanaqlarınız müvəqətidirsə onda bu problem kosmetikdir və siz bu sızanaqlardan özünüz azad ola bilərsiniz.
Sızanaqlara qarşı effektiv maskalar:
Bu maskanın hazırlanması üçün sizə lazım olacaq: bir xörək qaşığı aloy şirəsi, bir xörək qaşığı limon şirəsi, köpük halına gətirilmiş yumurta ağı və yarım çay qaşığı 2%-lik salisil spirti (apteklərdən soruşun). Hamısını yaxşıca qarışdırın. Alınmış məhlulu təmiz üzə nazik qatla çəkin. Bir az qurumasını gözləyin və ikinci qatı çəkin. 10 dəqiqədən sonra üzünüzü soyuq su ilə yuyun. Aloy tərkibli maska qısa bir müddətdə sızanaqların qızartısını çəkir və bir müddətlik üzdə olan məsamələri daraldır.
***Sızanaq əleyhinə meyvəli maska da mövcuddur: Onun hazırlanması üçün bir portağalın içini bir xörək qaşığı əzilmiş, çəyirdəksiz gilasla qarışdırın. Meyvələri yaxşıca əzin və üzərinə bir xörək qaşığı nişasta və ya kartof unu əlavə edin. Bir daha qarışdırın və nazik qatla üzünüzə yaxın. 15 dəqiqə saxlayin. Vaxtın tamamında üzünüzü ilıq su ilə yuyun.
***
Növbəti sızanaq əleyhinə maska gil ilə hazırlanır: bir xörək qaşığı gil, bir çay qaşığı zeytun yağı, bir yumurtanın ağı və bir kivinin ləti (içi). Qatı püre şəklinə gələnə qədər məhsulları yaxşıca əzmək lazımdır. Alınmış məhlulu üzünüzə çəkin. 10 dəqiqə keçdikdən sonra isə isti su ilə üzünüzü yuyun.
***
Növbəti üsul isə olduqca qədimi üsul hesab olunur: 2 xörək qaşığı dazotunun üzərinə bir lt. qaynar su tökün və 5 dəqiqə ərzində qaynadın. Sonra kənara qoyub 2-3 saat dəmdə saxlayın. Soyuduqdan sonra dazotu suyunu buz qablarına tökün və soyuducuda dondurun. Alınmış buzlarla hər səhər üzünüzü silin.
***
Tərkibi arpadan olan maskalar da sızanaqlarla mübarizədə çox gözəl effekt verir. Arpa kəpəyini 15 dəqiqə ərzində qaynar suda isladın. Alınmış məhlulu üzünüzə çəkin və qurumasını gözləyin.


Tarix: 06.07.2013 / 11:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 501 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri