beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şişmiş və yorğun gözləri gizlətmək

Bəzən yuxusuz qaldığımız vaxtlarda gözlərimizdəki yorğunluq hər halımızdan müəyyən olur. Gözlərdəki şişginliyi aradan qaldırmaq üçün sizə bəzi tövsiyələr təqdim edirik .

Bağla.
Bağlayıcılar ( korrektor ) həqiqətən qızıl dəyərindədir, ona görə yaxşı bir bağlayıcıya xərc çəkməlisiniz. Bənövşəyi və qırmızı halqaları bağlamaq üçün bağlayıcının etdiyini başqa heç bir kosmetik məhsulla edə bilməzsiniz. Əslində tək başına bir bağlayıcı belə kafidir makiyaj üçün; üzünüz işıqlanar, tünd ləkələr bağlanar. Dəriniz təzə görünər.

Qarışdır.
Yorğun bir üzü gizlətmənin ən yaxşı yollarından biri də hər kəsin fikrini qarıçdırmaq və marağı başqa yerə çəkməkdir!
Geyiminizə strateji olaraq əhəmiyyətli bir aksesuar əlavə edin, parlaq bir şərf, son moda bir çanta və ya gözəl bir bir ayaqqabı bu işi tamamlayacaq. Bunun kimi diqqət çəkici bir parça da diqqəti üzünüzdən uzaq tutacaq.

İstifadə et.
Nəhəng bir günəş eynəyi ilə gözlərinizi tamamilə gizlədin.

Kafein.
Hamımız səhərlər ayılmaq üçün qəhvəyə ehtiyac duyuruq. Amma qəhvənin başqa bir faydası da var: Üzü canlandırmaq və tünd halqaları yox etməkdə də işə yarıyır! Yaşıl və ya qara çay paketini (içlərində kafein olan), isti suya batırıb çıxarın. Soyumağa qoyun. Soyuduqdan sonra, 10-15 dəqiqə göz qapaqlarınıza qoyun. Həm də çay paketi yerinə kafein tərkibli göz kremlərindən faydalana bilərsiniz.

Qəhqəhə.
Həyatınıza bir az qəhqəhə qatın. Gülümsəmək sizi daha az yorğun göstərəcək. Nə qədər çox qəhqəhə çəksəniz ,o qədər cox da yorğunluğu özünüzdən uzaqlaşdırmış olarsınız!


Tarix: 15.06.2013 / 18:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri