Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evli qadinlarin gizli həyatları (Ekskluziv)

Həyat yoldaşından uzaqda qalmaq ailə həyatının uzun sürməsi üçün yararlıdır?!

Sıxıntı.... 100 ailə arasında aparılan araşdırmalar və hüquqşunaslar arasında aparılan sorğu-suala əsasən belə məlum olub ki, ailələrin dağılmasının əsas səbəbi tərəflərin bir-birindən sıxılması və yorulması nəticəsində baş verir.

23 il evlilik həyatını davam etdirən jurnalist İris Krasnow evlilik həyatının uzun sürməsi uçün özünün şəxsi yanaşması var – yay tətillərini həyat yoldaşından ayrı keçirtmək.

O bildirib ki, ailə həyatının uzun sürməsi üçün qadınlar və kişilər, heç olmasa, ildə bir dəfə öz həyat yoldaşlarından ayrı vaxt keçirməlidirlər. Bu müddət 3-4 həftədən artıq olmamalıdı. O, öz həyatından sitat gətirərək bildirib ki, həyat yoldaşından ayrı keçirtdiyi 7 həftəlik istirahətdən qayıtdıqdan sonra, onun ailə həyatı daha maraqlı və əvvəlkindən daha güclü olub. O, özünün yeni "The Secret Lives of Wives" (“Evli qadinlarin gizli həyatları”) kitabında uzunmüddətli ailə həyatı yaşayan 200 qadından xoşbəxt və uzun evliliyin sirləri haqqında əldə etdiyi məlumatları yerləşdirib.

O həm də bildirib ki, insanların çoxu öz xoşbəxtliyinin mənbəyini ailə qurduğu insanda görür. Bu isə onların ailə həyatının daha tez dağılmasına zəmin yaradır.


P.S. Məncə, müəllif haqlıdır. Uzun müddət bir yerdə olmaq insanları bir-birindən tükəndirir, adiləşdirir, yorur. Hərdən ayrı qalmağa, dincəlməyə, enerji toplamağa ehtiyac var. Bəs, siz necə düşünürsüz?


Evli xanımlar və bəylər, heç bir müddət ayrı qalmaq istəmisiniz?


Tarix: 24.05.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...