beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Solğun dərili xanımlar üçün məsləhətlər

Aşağıdakı 20 məsləhətə əməl etsəniz, parlaq və gözəl dəriyə sahib olacaqsınız.
Təbii rəngli dodaq boyalarını almayın. Ağ dərili insansınızsa, açıq rəngdə olan boyalardan uzaq durun. Həmçinin qəhvəyi və torpaq rənglərindən də istifadə etməyin.
Rənglər
Açıq rəngli dodaq boyalarını bir kənara atdığınıza görə, daha parlaq və əlvan rənglərdən istifadə etmək lazımdır. Scarlett Johanssonun kimi dərisi olanlar qırmızı və mərcan rəngində olan dodaq boyası almalıdır.
Açıq rəngli gözlər
Gözləriniz rəngi açıqdırsa, qəhvəyi və qara tonlarda olan göz kölgələrindən istifadə etməyiniz məsləhətdir.
Qəhvəyi gözlər
Qəhvəyi rəngli gözləri olan qızlar lavanda və ya boz göz kölgələri çəkməlidir. Bu rəng gözlərinizə xüsusi bir parıltı qatacaq.
Təbii rəngli göz kölgələrindən istifadə etməyin
Ağ dərili xanımlar bu cür kölgələrdən uzaq durmalıdır. Çünki dərinizi və üz cizgilərinizi bəlli etmək yerinə daha da kobudlaşdıra bilər.
Eyeliner
İstifadə etdiyiniz tünd göz kölgəsindən açıq olmamalıdır.
Tuş
Tuşunuz hər zaman qara rəngdə olmalıdır.
Tonal krem
Dərinizdən bir ton açıq olmalıdır. Tonal kremi ələ çəkib yoxlamaq heç də düzgün variant deyil. Üzünüzə çəkib günəş işığında diqqətlə baxın və qərarınızı da buna görə verin.
Ənlik
Ənlik çəkərkən xəsislik etməyin. Çünki bu qadının üzünə rəng və istilik qatır. Hər zaman lazım olduğu qədər ənlik çəkin.
“Zaqar” kremləri
Ənlik istifadə etməyinizə baxmayaraq hələdə solğun görünürsünüzsə, “zaqar” kremlərindən istifadə edin.
Sarışınlar
Təbii sarışın deyilsinizsə, sizin işiniz bir az çətin ola bilər. Çünki saçlarınız sizə yaraşmaya da bilər. Saç ustalarından məsləhət alsanız, daha yaxşı olar.
Əsmər və qızılı dəri
Bu dəri rəngində olan xanımlara qara və ya qəhvəyi rəngli saçlar çox yaraşır.
Geyim seçimi
Açıq dərili xanlmlar uzaqdan çılpaq kimi görünmək istəmirlərsə, bej və süd rəngli geyimlərdən uzaq dursun. Çünki çox açıq rənglər dərinizin rəngi ilə qarışacaq.
Əlvan geyimlər seçin
Çox qabarıq və kobudluq etmədən əlvan rənglər üstünlük verin.
Üz dərisinə qulluq
Solğun dəriyə sahib olan qadınlar yatmazdan əvvəl dərilərini su ilə yumalıdırlar. Makiyajı isə mütləq silməlidirlər. Dəriyə qulluq etsəniz, solğun görünməyinin qarşısını ala bilərsiniz.
Günəş işığı
Ağ dərili xanımlar günəşdə daha çox qızarır. Günəş şüaları əleyhinə olan kremdən istifadə edin.
Qızartıları gizli saxlaq üçün
Üzündündə qızartılar varsa, bunu yaşıl rəngdə olan korrektorlarla gizləyə bilərsiniz. Yaşıl rəng qırmızını yox edə bilir.
Sağlam qidalanın
Hamı kimi sizin də dərinizin qorunmasının və gözəl görünməyinin yolu sağlam qidalanmadan keçir. Alma və bol lifli qidalar yesəniz, dəriniz uzun müddət cavan qalacaq.
Su
Qidalarla yanaşı su içməyi də unutmamalısınız. Bir insan gün ərzində təxminən 2 litr su içməlidir. Su içməsəniz dəri çox quru olar və tez qırışar.


Tarix: 04.07.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri