Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ənlik çəkmənin qızıl qaydaları

Alın əlinizə fırçanı və ənliyinizi çəkin. Ancaq hansı fırçanı seçəcəyinizi, hansı ənliyi necə çəkəcəyinizi bilirsinizmi? O zaman əvvəl doğrusunu öyrənin….

Üz şəklinə görə:

Yumru üzü incə göstərmək üçün: Ənlik fırçasını almacıq sümüklərindən başlayaraq yuxarıya, gicgahlara doğru sürsəniz, üzünüz olduğundan daha uzun görünər.

İncə üzü dolğun göstərmək: Yanaqlarınızın ortasından başlayaraq almacıq sümüklərinizə doğru ənliyi sçəksəniz, daha yumru görünər.

Uzun bir üzü qısa göstərmək: Ənliyinizi fırça köməyi ilə almacıq sümüklərindən gicgahlara doğru çəkərkən, göz qapaqlarınıza qədər çıxara bilərsiniz. Gözlərdə, çənədə və yanaqlarda eyni tonu istifadə etmək, üzünüzü daha qısa göstərər.

Kvadrat üzü yumşaltmaq üçün: Almacıq sümüklərindən başlayaraq, aşağıya yanaqlara doğru ənliyi çəkə bilərsiniz. Daha sonra incə bir fırçayla açıq tonda bir ənliyi gicgahlara doğru bir çərçivə şəklində tətbiq edə bilərsiniz.

Daha çıxıx almacıq sümükləri üçün: Dəri rənginizdən iki ton daha tünd bir ənliyi almacıq sümüklərinizə çəkə bilərsiniz. Tam almacıq sümüklərinizin üzərinə isə işıqlandırıcı bir məhsul istifadə etsəniz, almacıq sümükləriniz olduğundan daha diqqətə çarpan görünəcək.

Qaydalar:

Dəri rənginizə uyğun ənlik seçmək, daha sağlam görünmənizə səbəb olar.Ənlik rəngi seçərkən açıq bədənlilər çəhrayı tonlarını, buğda bədənlilər şaftalı tonlarını və əsmərlər kirəmit tonlarını seçməlidir.

Krem ənliklər həm təbii dayanar, həm asan sürtülərlər. Xüsusilə quru cildlər üçün idealdır. Çox yağlı dəriniz varsa, krem ənlik sizi solğun göstərər.

Ənlik sürməyə yanaqlarınızın ən üst tərəfindən, yəni almacıq sümüklərinizdən başlamalısınız. Əgər doğru nöqtəni tapmaqda çətinlik çəkirsinizsə, ənliyi çəkərkən gülümsəyin, beləcə sürəcəyiniz sahə ortaya çıxar.

Ənlik fırçası seçərkən:

Digər fırçalara nisbətlə daha böyük olmasına diqqət yetirmək lazımdır. Ənlik fırçaları uc seqmentinə görə şəkilləndirər. Klassik uclu et seqmenti yumru və tükləri bol olur. Sapları uzun və geniş şəkildə istifadə edilər. Bizote uclu fırçaların fırça qisimi yastı olur. Xüsusilə sıx ənlik tətbiqləri üçün idealdır. Düz ucların isə tükləri qısa və düz seqmentli olur. Nöqtə vuruşlu ənlik tətbiqlərində istifadə edilə bilir.


Tarix: 18.06.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...