beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni ildə yeni dəri üçün nə etməli?

İldən-ilə artan yaşınıza baxmayaraq cavanlaşan bir dəri istəyirsinizmi?

Hər yeni il yeni başlanğıc, yeni ümidlərin ilidir. Eyni zamanda sizin yaşınızın üstünə bir yaş da gəlməsinin xəbərçisidir. Lakin buna baxmayaraq bəzi üsullar varki, onlar sizin üz dərinizin hər zaman canlı, təravətli və cavan qalmasını təmin edər.
Kosmetoloqlar qeyd edirlər ki, dərini zamana qarşı qorumağın ən yaxşı yolu onu yarana biləcək bütün xəstəliklərdən qorumaqdır.

Dərini cavanlaşdırmağın ən praktik üsulları:

İlk olaraq dərinizə uyğun məhsulların seçilməsi üçün kosmetoloqunuza müraciət edin. Artıq tüklərdən azad olmaq istəyirsinizsə lazer epilyasiya etdirməyin əsil zamanıdır.

Dərini təmizləmək, nəmləndirmək, günəş işığından qorumaq üçün mütləq kremlərdən zamanında istifadə edin.
Bütün fəsillərdə, xüsusilə də qış aylarında üz dərinizə pilinqlər etdirə bilərsiniz. Həftədə 1, yaxud da 10 gündə bir dəfə edilən bu üsul 6-10 seans arasında olmalıdır. Pilinq qırışları aradan qaldırmaq üçün çox əhəmiyyətlidir. Dəriyə pilinq tətbiq etdikdən sonra dəri parlaq və canlı görünür.


Tarix: 23.12.2012 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 256 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri