beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yay makyajı

Dünyanın aparıcı vizajistləri yekdilliklə razılığa gəliblər ki,yay mövsümü təbii rənglər və əlbəttə ki,təbii makiyaj vaxtıdır.



1.İlk parlaqlıq olmalıdır!

Yay mövsümünün əsas trendi-parıltılı dəridir.Bunun üçün düzgün vasitədən istifadə etmək lazımdır.Bu vasitə tonal krem və işıqlandırıcılardır.





Tonal kremi üzünüzə çəkmək qaydaları vardır və bu qaydalar əsasında istifadə etmək məsləhət görülür.Gözətrafı dəriyə,alının ortasına,burunun üst hissəsiniə doğru bir şəkildə vurulmalıdır.Düzgün istifadə texnikası zamanı üzünüz möhtəşəm olacaq.Amma burada bir incə nüans var;parıltı vasitələrindən sui-istifadə etmək olmaz,əks halda gözəllik və təravətə zidd olan görünüş əldə edə bilərsiniz!





2.Təbii dodaqlar

Bu mövsüm portağal çalarlı pomadalar xüsusi populyarlığı ilə seçiləcəkdir.Portağalın dolğun çaları istənilən geyimə uyğun gələn universal seçimdir.




Əgər narıncı rənglə təcrübə aparmağa hələ hazır deyilsinizsə,onda dodaqlarınızı daha cəlbedici və parlaq göstərən rənglə kifayətlənin.







3.Həcmli kirpiklər

Təbii makiyajı bu mövsüm aktual sayılan uzun və həcmli kirpiklər olmadan tamamlanmış hesab etmək olmaz.Məhz onlar sürmənin olmadığını hiss etdirməyəcək və gözəl gözlərinizi vurğulayacaq.Tuşdan istifadə zamanı diqqətli olun;hər kirpiyi hətta ən qısasını belə dəqiq rəngləmək lazımdır!






Və sonda sizə əbədi gözəllik arzu edirəm.


Tarix: 26.06.2013 / 14:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri