beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maşına çıxan qızlar

İlk növbədə onu qeyd edim ki, maşın minik vasitəsidir. Günümüzdə maşından hərə bir cür istifadə edir. Kimisi ayağını yerdən götürür, kimisi risovkalanır, kimisi maşının mitilinə vurur, kimisidə əzəli bacarıqlarını işə salıb qız tutmaqla məşğuldur. Xalqımın igidləri əzəldən “07” və “qız tutmaq” həvəskarı olub. 2000-ci illər də “07” çox pupulyar maşın idi və bir çox cavanların arzularının maşını idi. Ağ köynək, qara şalvar və ağ “07” . “07” –də qabağı 5 barmaq qalxmış , 4 dənə “Pionner” kalonka, “Fiat rulnan”. Çoxlarımıza bu hadisə tanış gələr. Çoxlarımız da belə geyimli “07” sürən qaqaşları şəhərdə çox görmüşük. Elə onların “qız tutmaq” marağını da. Söz yox bacarırdılar da. Bir çox qızlar ağ köynək, qara şalvar və ağ “07” nin qabağında hisslərini saxlaya bilmirdilər. Həmin illərdən sonra ölkəyə “Mercedes 190” axını oldu. Amma igidlərimizin işinə yaramadı və “07” öz populyarlığını saxladı. Daha sonra “Çeşka” gəldi. İgidlərin çoxu “07”-ni “Çeşkaya deyişdi”. Bu dəyişiklik uğurlu oldu onlar üçün. Daha sonra “Yeşka”, “Dörd göz”, Mitsubişilər, Tayotalar, “ML Mercedeslər” , “Volksvagenlər” və sairə maşınlar ölkəmizə gəldi. Amma belə maşınlar həmin “07”-yə çıxan qızları cəlb etmədi. Yalnız 2006-cı ildən bəri ölkəmizdə məşhur olan “İnfinity” həmin quş beyinli qızları yenidən maşına çıxmağa vadar elədi. Qız tutmaq üzrə öz məşhurluğunu saxlayan “İnfinity” 2000-ci illərin “07”-si adlandırmaq olar. Hal-hazırda həmin sırada BMW X5, BMW X6, Range Rover, Mercedes ML və bir çox bahalı maşınları göstərmək olar. Artıq “ Ağ 07”-lər tarixə qovuşub. Lakin hal-hazırda kreditə götürülmüş “Qara 07”-lər “İnfinity” ilə, “Range Rover”-lə tutulan qızları tutmağı bacaran yeganə Sovet maşınıdır. Maşına çıxan qızlar hətta “bakirəliyini”-də maşına qurban verməyə hazırdılar. Lakin bir şeyi unudurlar ki, vurulmuş maşını dəmirçi düzəldəcək, Lakin vurulmuş “bakirəliyi” düzəldən dəmirçi çətin tapılsın…


Tarix: 19.05.2013 / 14:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri