Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düzgün makiyajın sirrləri

Əgər gecə xüsusilik tələb edirsə, bu zaman hər birimiz ideal görünmək istəyirik. Gecənin yadda qalan siması olmaq üçün makiyajın sirrlərini bilmək gərəkdir. Bunun üçün Sizlərə üzdə olan qüsurlarınızı gizlətmək üçün bizə necə məsləhət verəcəyik.
1. Üzünüzdə olan piqment ləkələrini gizlətmək üçün ilk öncə üz dərinizin rənginə uyğun korrektor seçilməlidir. Korrektoru ləkələrin üstünə ehmalca vurun. Daha sonra onu biraz geniş məsafəyə yayın ki,çox bilinməsin. Daha sonra tonal kreminizi çəkib, pudralanın.
2. Əgər burnunuz uzundursa, bu zaman burun ucunuza tonal krem çəkin. Sonra isə həmin nahiyyəni pudralayın.
3. Əgər burnunuz genişdirsə burun sümüyü boyunca 1-1,5 açıq tonda, burun qanadları olan hissələrə isə tünd tonda tonal krem çəkin. Her iki rəng sərhədini itirmək üçün barmağınızla asta yayın. Üstündən mat bir pudra çəkin.
4. Tuşun qalıcı olması üçün kirpiklərinizi fırçalayıb sonra isə pambıqlı çubuğu pudraya batırıb kirpiklərinizə sürtün. Əla bir nəticəyə nail olacaqsınız.
5. Əgər çəkdiyiniz yaş tuş göz qapağınıza yayılıbsa,quru pambıq çubuğuyla ləkəni silin. Əgər alınmarsa bu zaman çubuğun ucuna tonal krem sürtüb həmin hissəyə çəkin.
6. Pomadanın qalıcı olması üçün dodaq boyasını çəkməməzdən öncə tonal krem sürtüb pudralayın dodaqları. Artıqlıq olarsa kağız salfeti dodaqlarınızın arasına qoyub,dodaqlarınızı sıxın. Sonda pomadanı çəkin. 15 dəqiqə gözləyərək daha ikinci qatı çəkin.
7. Əgər dodaq boyası sürtdükdən sonra dişləriniz batıbsa, baş barmağınızı ağzınıza qoyub dodaqlarınızı sıx qapayın. Pomadanın artıqlığı barmağınızda qalacaq.
Unutmayın xanımlar hər qadın gözəldir, yetər ki bu gözəllikdən düzgün istifadə edəsiniz.


Tarix: 22.06.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...