Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı bir makiyaj üçün əvvəlcə doğru fırçalar seçin

Onları istifadə etməyi bilmirik, lakin gerçək bir professional kimi makiyaj edə bilmək və gerçək bir gözəl qız kimi görünə bilmək üçün onlara ehtiyacımız var!
Doğru fırçanı necə seçəcəyimizi öyrənək.


Ten fırçası

Ümumiyyətlə ten fırçalarının tükləri uca doğru yumrulaşar, yumşaq və qısa tüklərdən meydana gələr. Teninizin daha tünd görünməsini istəyirsinizsə süngər uclu bir fırça istifadə edə bilərsiniz.

Bağlayıcı fırçası

Bağlayıcı fırçaları ümumiyyətlə qısa, küt və kvadrat şəklindədir. Bağlayıcının, dəriyə daha yaxşı nüfuz etməsini və istənməyən ləkələrin bağlanmasını təmin edər. Bu fırçaları göz ətrafınız da daxil olmaq üzrə bütün üzünüzdə rahatlıqla istifadə edə bilərsiniz. Fırçayla üzünüzə şəkil çəkir kimi istifadə etmənizdə fayda var.


Kirşan fırçası

Böyük bir kirşan fırçası yaxşı bir makiyaj üçün ən əhəmiyyətli addımdır! Fırçanızın çox sərt tükləri olmamasına diqqət yetirin yoxsa dəriniz tahriş ola bilər. Tüklərinin uzun və yumşaq olması müvəffəqiyyətli bir tətbiq üçün idealdır. Fırçanıza məhsulu çox almayın ehtiyac duyduqca fırçanızı kirşana sürtün. Təbii tüklü fırçalar daha sağlam nəticə verər.



Ənlik fırçası

Ənlik fırçası ənliyi bir neçə hərəkətlə üzünüzə bərabər miqdarda paylamanızı təmin edər. Gözlərinizdə təbii bir təsir təmin etmək üçün qaşlarınız və göz qapaqlarınızın arasına fırçada qalan çox ənliyi tətbiq edə bilərsiniz. Fırçanızın yumşaq tükləri olmalıdır, amma üzünüzə tətbiq etdiyiniz əməliyyatlara hakim olacaq qədər də formasını qoruya bilməlidir.

Dodaq fırçası

İncə və sivritilmiş bir quruluşu vardır. Tükləri çox yumşaqdır. Dodaq xətti çəkmək, fırça ilə daha asandır. Dodaq boyasının daha yaxşı yayılmasına fayda verər.

Göz qələmi fırçası

Göz altınıza qələm çəkməyi sevmirsinizsə, küt uclu fırçalar sizin üçün ideal. Tenin nizamlı bir şəkildə tətbiq olunmasını təmin edən bu fırçalarla göz altınıza sanki bir qələm istifadə edirmiş kimi incə xətt yarada bilərsiniz. Fırçanı kiprik diblərinizə və qaşlarınıza tətbiq edərək boşluqları da bağlaya bilərsiniz.


Tarix: 22.06.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...