beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Praktik makiyaj necə olmalıdır?

Qısa müddət ərzində makiyaj edib fərqlənmək istəyirsinizsə mütəxəssislərin təqdim etdiyi təkliflərdən maksimum dərəcədə yararlanmalısınız. Məşhur stilistlərin gözəllik sirlərindən hali olsanız daha doğru makiyaj edə biləcəksiniz.
DODAQLAR
İlk növbədə sizə ən uyğun olan rəngləri seçin. Dəbdə olan hər hansı bir rəngi istifadə etməzdən öncə onu mütləq sınamalısınız. Belə ki, əvvəlcə onu əlinizin üstünə vurub yoxlaya bilərsiniz. Dodaq boyasını isə barmağın ucunda sınayın. Çünki, mütəxəssislərin fikrincə barmağı dodağınıza yaxın tutub necə göründüyünə baxa bilərsiniz. Güzgü olmadığı vaxtlarda da barmaq ucu köməyinizə gələcək. Çünki, o sizi heç vaxt yanıltmayacaq.
Quru dəridən xilas olun. Dişlərinizi fırçaladıqdan sonra diş fırçanızca ehmalca dodaqlarınızı da sürtsəniz ölü dəridən qurtularsınız və belə olduğu halda isə dodaq boyanız dodaqlarınızda daha gözəl və yumşaq görünəcək.
Dodaqlarınızda olan bütün xətləri doldurmaq üçün dodaq boyasını tətbiq etməzdən öncə nazik bir xətt kirşan vurun.
Dodaq boyanızın uzun müddət və yemək yeyərkən də qalmasını istəyirsiniz? Dodağınıza normal bir lipstick ilə bir qat çəkin. Sonra tək qatlı salfeti dodağınızın üzərinə qoyun. Sonra isə salfeti götürüb fırça yaxud süngərlə bir balaca dodaqlarınızı kirşan vurun. Həm rəngin təravətini saxlamaqda, eyni zamanda dodaq boyanızın uzunmüddətli olması üçün bu çox faydalı üsuldur.
GÖZLƏR
Gözlərinizin ətrafında olan sallanmalardan azad olun. Qaşınızın alt hissəsinə ağ yaxud da ağtonlu kölgə vurun. Yorğun gözləri gözəlləşdirmək üçün bu praktik üsuldur.
Gözlərizin daha cəlbedici və daha baxımlı görünməsi üçün tuşlardan istifadə edin. Tuş seçimində isə suya davamlı olanları seçməyiniz məsləhətlidir.
Ağ rəngli göz karandaşını alt kirpik aralarına və göz içinə yavaşca tətbiq etməklə gözləriniz daha sağlam görkəm alar.


Tarix: 19.06.2013 / 18:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri