beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dekolte bölgəsinin gözəlliyi üçün

Boyun dərisi, həmçinin dekolte zonasının dərisi çox incə və həssasdır və tərkibində çox az yağ kisəcikləri var.

Danışmağımız, başımızın hər gün minlərlə hərəkəti və s. nəzərə alsaq boyun dərimiz xeyli əziyyət çəkir. Biz necə? Ona yetərincə diqqət ayırırıqmı?

Təəssüf ki, diqqətimizin böyük hissəsini üz dərimizə ayırdığımız üçün boyun və dekolte zonasını demək olar ki, tamamilə unuduruq.

Boyun dərisinə qulluğun əsas qaydaları:
— Boyun dərisinin çirkini və ölmüş hüceyrələrini təmizləmək üçün müntəzəm olaraq hər axşam yumaq lazımdır. Yaxşı olardı ki, bu məqsədlə adi sabundan deyil, üz dərisinin yuyulması üçün olan köpük və ya digər xüsusi vasitələrdən istifadə olunsun. Dairəvari hərəkətlərlə aşağıdan yuxarıya doğru barmaq uclarınızla sabunlu dərinizi massaj edin.

— Dərinizi yumşaltmaq üçün sabunla yuduqdan sonra dərinizi filterdən keçirilmiş suya limon suyu sıxaraq yaxalayın. Əgər boyun dəriniz çox qurudursa və artıq yaşlanmanın ilkin əlamətləri hiss olunursa, boyun dərisini təmizlərkən xüsusi kosmetik qaymaq və ya süddən də istifadə edin. Duş qəbul edərkən, mütləq boynunuzu hər tərəfdən sərin su axını ilə bir neçə dəfə massaj edin. Bu, toxumalardakı qan dövranı prosesini sürətləndirir


Tarix: 16.06.2013 / 12:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri