beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kleopatranın inanılmaz makiyaj sirləri: o bunları necə edirdi?

Kleopatranın inanılmaz makiyaj sirləri: o bunları necə edirdi?
Beş min il əvvəl qədim misirlilər sürmədən yalnız gözəl görünmək üçün istifadə etmirdilər. Onlar bu kosmetik məhsuldan bir sıra fərqli məqsədlər üçün də yararlanırdılar.
Öz dövrünün ən məşhur gözəl qadınlarından olan Kleopatra gözlərinin üstü üçün yaşıl mineraldan, altı üçün isə tünd mavi və qızılı parıltılı boyadan istifadə edirdi. Qaşlarını boyayır və kirpiklərini sürmə vasitəsilə uzadırdı. Dodaqları üçün isə qırmızı torpaqdan hazırlanan boyadan istifadə edirdi. O, dırnaqlarını lak funksiyasını yerinə yetirən xına ilə boyayırdı. Bəzən ovuclarının içərisinə xınadan müxtəlif şəkillər çəkdirirdi.
Kleopatra e.ə. I əsrdə hakimiyyətə gələndə misirli qadınların dolablarında süxur, torpaq və minerallardan əldə olunan rəngarəng göz boyaları var idi. Belə ki, göz ətrafına çəkilən tünd rəngli boyalar gözləri kəskin işıqdan qoruyurdu. Məlum olan ilk göz sürməsi minerallardan əldə edilən tünd yaşıl rəngli məcun şəklində olub.


Tarix: 19.06.2013 / 18:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri