beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik Baxımı Necə Edilir?

Bu məqaləmizdə fərdi baxım və sağlamlığa necə baxılması və tətbiq olunarkən nələrə diqqət yetirilməsini araşdıracağıq.

Dəri baxımı
Əvvəlcə baxımı son dərəcə çətin və əhəmiyyətli olan dərimizlə başlayaq. İlk bilməniz lazım olan şey budur ki, 3 növ üz quruluşu vardır. Bunlar; quru, yağlı və qarışıq dəri strukturlarıdır. Quru dərilər üçün hər gün nəmləndirici istifadə etməniz lazım olarkən yağlı dərilər üçün təmizləmə əməliyyatını kükürdlü sabun və su ilə etməniz mühümdür. Təqdir edərsiniz ki baxımı ən çətin olan dəri tipi qarışıq dərilərdir. Çünki bu dəri quruluşuna sahib insanlar hər bölgəyə fərqli bir baxım tətbiq etmək məcburiyyətindələr. Məsələn bu tip dərilərdə yanaqlar quru olarkən, burun və alın kimi bölgələr yağlı olar. Kiçik bir qeyd; yağlı dərilərdə qara nöqtə və sızanaq çıxma ehtimalı digər dəri tiplərinə görə daha yüksəkdir.

Saç baxımı
Sıra saçlara və saç baxımına gəldi. Saçların quruluşunun dəyişməsindəki ən güclü səbəb mövsüm şərtləridir. Saçlar qışda yağış, qar, sərt külək kimi faktorlardan ötəri daha tez zədələnər. Saç baxımı mövzusunda isə ən əhəmiyyətli köməkçiniz qidalardır. B12, zülal, dəmir, sink və folik turşu kimi qidalar saçınızı və saç kökləriniz bəsləyər, gücləndirər. Təbii saçlarla əlaqəli ən böyük problem, kəpəklərdir. Kəpək, baş dərimizdəki ölü hüceyrələrin normaldan daha çox quruyaraq tökülməsidir. Anlayacağınız təbii nəticələrlə yaranan bir çətinlik. Ona görə qabağına keçilməsi və müddətin dayandırılması da çətin olur. Lakin çoxu kəpəklənmə problemləri dönəmsəldir və bir müddət sonra öz özünə keçər. Kəpək şampunlarının burada faydası əhəmiyyətlidir.

Makiyaj
Fərdi baxım demişkən kosmetik sahəsinə girməmək olmaz. Makiyaj etmə ilə əlaqədar bilməniz lazım olan təməl ünsür dəri rənginiz və makiyajı nə üçün etdiyinizdir. Məsələn; əsmərsinizsə sərt və kölgəli bir makiyajı seçməli, gecə çölə çıxırsınızsa qalın bir makiyaj təbəqəsi meydana gətirməlisiniz. Ayrıca istifadə etdiyiniz ətirin qalıcılığı bədəninizdəki yağ nisbəti ilə doğru mütənasibdir. Hətta ətiri ilk sıxdığınız andakı iylədiyiniz qoxu ətirin üst notasıdır halbuki əsl qoxu orta notada yəni ətirin ürəyi deyilən qisimdə gəlir.

Nəticə olaraq fərdi baxımda əhəmiyyətli olan, hansı dəriyə necə tətbiq edəcəyinizdir. Hər dərinin bir pik nöqtəsi vardır. Öz dərinizinkini tapmanız diləyiylə...


Tarix: 17.06.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri