beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların ən çox sevdiyi bəhanələr..

Məlum olub ki, hər 4 qadından 3-ü özünü əlindəki pulu həddən çox xərcləməkdə günahkar sayaraq alış-verişdən sonra hərəkətlərini müdafiə etməyə çalışır. Qadınların üçdə ikisi evə döndükləri anda pul xərclədikləri üçün peşman olur, dörddə biri isə təlaşdan tərləyir. Hər 3 qadından biri həyat yoldaşına aldıqları paltarların real qiymətini söyləmir, beşdə biri aldığı paltarı bir müddət gizləyir.

Hər 10 qadından 8-i evə gələrkən həyat yoldaşına deyir ki, həmin geyim “endirimdə olub”. “Bir az kefimi artırmağa və nəşələnməyə ehtiyacım vardı”, “bu gün gözəl görünmək istədim” deyənlər növbəti sıralarda gəlirlər. Qadınların ən çox söylədikləri bəhanələrin siyahısı aşağıdakı kimidir:

1. Endirmdə idi;

2. Bir az kefimi artırmağa və nəşələnməyə ehtiyacım vardı;

3. Bu gün gözəl görünmək istədim;

4. Bu paltarı uzun müddətdir ki, istəyirdim;

5. Uzun zamandır ki, yeni bir şey almamışdım;

6. Özüm üçün heç vaxt çox pul xərcləmədim;

7. Paltarlarım çox köhnəlmişdi

8. Bu paltara həqiqətən çox ehtiyacım vardı;

9. O biri xərclərdən artırdığım pula bunu aldım;

10. Ziyafətə getmək üçün bu paltara ehtiyacım vardı.


Tarix: 14.06.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 60 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri