beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirniyyat və qadınlar

Sən demə, çox şirniyyat yemək zərif cins nümayəndələrinin üzündə tüklərin artmasına səbəb olur.

Sosioloji sorğular göstərir ki, bu, artıq çəki problemindən sonra qadınları ən çox narahat edən məqamdır.

Endokrinoloq Rina Devidsonun sözlərinə görə, qadında tüklənməyə yalnız müxtəlif xəstəliklər, genetik amillər səbəb olmur. «Şirniyyata həddindən artıq sevgi qadının dodaqlarının üstündə, çənəsində və yanaqlarında artıq tüklərin əmələ gəlməsinə səbəb ola bilər», - o, qeyd edib: «Şəkər və xalis karbohidratlar əlavə tüklərin çıxmasına səbəb olur. Tortlarda, pirojnalarda isə məhz bu maddələrə daha çox rast gəlinir».

Bundan başqa, İtaliyalı alimlər müəyyən ediblər ki, yalnız siqaret çəkmək və ultrabənövşəyi şüalar deyil, şirniyyat da insanda onkoloji xəstəlik yaradır. Xüsusilə şokolad, bal və digər şirniyyat vasitələrinin düşkünü olan qadınlarda süd vəzisi xərçəngi xəstəliyinin əmələgəlmə risqi xeyli artıqdır. Alimlərin fikrincə, bu, şirniyyatın orqanizmdə insulin və digər hormonların əmələ gəlməsini sürətləndirməsi ilə əlaqədar ola bilər.
Bu xəbər bütün qadınları qorxuda bilər. Çünki şokoladı sevməyən qadına nadir hallarda rast gəlinirmiş.


Tarix: 17.05.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri