beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+Subaylıq qadınlar üçün də sultanlıqdır

Atalarımızın "Subaylıq sultanlıqdır" sözünü təsdiqləmək üçün bol miqdarda səbəb var. Çünki subay qalmaq üçün bir çox səbəb var. Xoruldama səsiylə oyanmamaq , rahatca soğan yemək kimi.ş
Bu səbəblərdən bir neçəsidir ...

- Özünüzü müdafiədən və heç bir şey olmayacağı mövzusunda açıqlama etmədən, oğlan dostlara sahib ola bilərsiniz.

- Soyuducunu gündəlik yemək yerinə təzə meyvə və tərəvəzlər, bir neçə butulka su, süd, meyve suyu ilə doldura bilərsiz.

- Ailənizlə istədiyiniz qədər vaxt keçirə bilərsiniz və kimsə sizə ayaq bağı olmaz.

- Kimsənin hirsli baxışlarıyla qarşılaşmadan oğlan dostlarınızla istədiyiniz qədər telefonda danışa bilərsiniz.

- Pulunuzu istədiyiniz kimi xərcləyə bilərsiniz.

- Süd şüşəsi boşaldı deyə əsla narahat olmağ məcburiyyətində deyilsiniz.

- Yoldaşlarınızın dəvətlərinə iştirak etmək üçün kimsəyə xəbər verməyə ya da kimsədən icazə istəməyə ehtiyacınız yoxdur. Qəbul edə bilərsiniz.

- Əyləncələrdə istədiyiniz qədər otura bilərsiniz.

- Onun istədiyi kimi olmaq məcburiyyətində deyilsiniz. Özünüz kimi olub xoşbəxt ola bilərsiniz.

- Artıq Steven Seagal ya da Jackie Chan seyr etmək məcburiyyətində deyilsiniz. Romantik filmləri də, istəsəniz gündə 3 dəfə belə izləyə bilərsiniz.

- Tərəddüt etmədən soğan-sarımsaq yeyə bilərsiniz.

- Özünüzə heç vaxt ayıra bilmədiyinizi düşünüb pis olmanıza səbəb olmaz.

- Xoruldama səsləriylə oyanmaq məcburiyyətində deyilsiniz.

- Tək başınıza 8 saat narahat edilmədən yata bilərsiniz.

- Parlaq pijamalarla yatmaqdansa, sizə rahat olan pijamalarınızla yata bilərsiniz.


Tarix: 13.06.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri